Rəsmi Moskvadan Azərbaycan və Ermənistandan meyvə-tərəvəz idxalına qoyulan qadağaya  - Reaksiya 

img

10-12-2020 [16:19]


Kreml Azərbaycan və Ermənistandan meyvə-tərəvəz idxalına qoyulan qadağaya münasibət bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskov bu məsələnin Kremlə aid olmadığını vurğulayıb.

Onun sözlərinə görə, meyvə-tərəvəzə qadağa qoyulması Kremlin deyil, profil qurumun səlahiyyətində olan məsələdir: “Təbii ki, bütün bunlar Nazirlər Kabineti ilə qarşılıqlı fəaliyyətdə edilir. Bu qərarların qəbul edilməsi ilə bağlı dəqiq kriteriyalar var. Bilirsiniz ki, bu qərarlar viruslarla bağlı pandemiya şəraitində qəbul olunub. Əlbəttə ki, buna xüsusi diqqət yetirilir. Ona görə də, həmin qurumun öz fəaliyyətini Kremllə razılaşdırmaq kimi vəzifəsi yoxdur”.

Qeyd edək ki, “Rosselxoznadzor” Azərbaycandan pomidor və alma, Ermənistandan isə pomidor və bibər idxalına qadağa qoyub/APA. ​


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA