Avropa Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq

img

10-12-2020 [14:52]


Dekabrın 10-u gecə saatlarında dünyasını dəyişən İtaliya millisinin və "Yuventus" klubunun sabiq futbolçusu Paolo Rossinin xatirəsi UEFA Avropa Liqasının oyunlarında anılacaq.

Məlumata görə, turnirin qrup mərhələsinin sonuncu - VI turunda bu gün keçiriləcək 23 qarşılaşma 1 dəqiqəlik sükutla başlayacaq.

64 yaşında vəfat edən keçmiş hücumçunun ölümünə ağciyər xərçəngi səbəb olub/Report.

Qeyd edək ki, Paolo Rossi 1982-ci ildə İtaliya yığması ilə dünya çempionu olub. Mundialın ən yaxşı oyunçusu seçilən forvard həmin il "Qızıl Top" mükafatını da qazanıb.

Rossi Turin təmsilçisinin heyətində iki dəfə ölkə çempionatının və bir dəfə Kuboklar Kubokunun qalibi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA