"Azad olunmuş torpaqlarda həyata keçiriləcək quruculuq işlərində SOCAR-a ən böyük iş düşür" - Ekspert yazır
09-12-2020 [16:14]
Böyük Vətən müharibəsi dövründə faşizm üzərindəki qələbədə Bakı neftinin əhəmiyyəti haqqında çox deyilib və yazılıb.
O vaxt birbaşa döyüşən ordunun ehtiyaclarını ödəmək üçün təyyarə benzini, dizel yanacağı, təyyarə sürtkü yağları və s. neft məhsullarının istehsalı ön plana çıxarılmışdı. Bakı nefti SSRİ-nin tanklarını, təyyarələrini hərəkətə gətirərək cəbhədə yeni-yeni qələbələr üçün zəmin yaratmışdı.
Müasir dövrdə də Azərbaycanda 1994-cü ildən etibarən həyata keçirilən irimiqyaslı neft-qaz layihələri ölkəmizin iqtisadi artımını təmin edərək Qafqazın iqtisadi liderinə çevrilməsinə vəsilə olmaqla hərbi qüdrətini artıran başlıca amilə çevrilib.

Bu gün neft-qaz müqavilələrindən əldə edilən gəlirlərin toplandığı Dövlət Neft Fondunun (DNF) aktivləri 43,3 milyard ABŞ dollarıdır. Lazım gəlsə, DNF Ordumuzun ehtiyaclarına mühüm maliyyə dəstək verə bilərdi. Lakin buna ehtiyac qalmadı, ötən illər ərzində tədarük edilmiş silah və hərbi texnika ehtiyatı 44 gün davam edən müharibə üçün artıqlaması ilə kifayət etdi. Ordunun neft məhsulları sarıdan korluq çəkməməsi üçün SOCAR-ın Bakı Neftayırma Zavodunun anbarlarında 1 sentyabr tarixinə olan vəziyyətə görə 104 min ton avtomobil benzini, 57,5 min ton təyyarə yanacağı, 142,5 min ton dizel yanacağı, 11,8 min ton soba mazutu, 12,6 min ton sürtkü yağları vardı.
Həm Ali Baş komandan İlham Əliyevə, həm də komandanlığa müraciətlərində neftçilərimiz düşmən üzərində qələbə naminə istər ön, istərsə də arxa cəbhədə bütün imkanlarını işə salmağa hazır olduqlarını bildiriblər. Bunu həmin 44 gün ərzində dəfələrlə əməldə sübut ediblər.
Qələbə qazanmamızdan sonra SOCAR-ın, neftçilərimizin missiyası, əlbəttə ki, nəinki başa çatmadı, işğaldan azad olunmuş torpaqlarda həyata keçiriləcək quruculuq işlərində, Qarabağın sənayesini, kənd təsərrüfatını dirçəltməkdə onlara, bəlkə də, ən böyük iş düşür.

Məlum olduğu kimi, Qarabağ bölgəsində bilinən enerji daşıyıcıları ehtiyatlarının olmaması, təbii ki, heç də SOCAR-ın bölgədə həyata keçiriləcək layihələrin başlıca sərmayədarı olmayacağı demək deyil. Unutmayaq ki, bu gün SOCAR qeyri-neft sektorumuzun da ən böyük ixracatçısıdır. Şirkətin maliyyə imkanları ilə yanaşı, yeritdiyi çevik sərmayə siyasəti, ölkədə və xaricdə irimiqyaslı layihələr icra etməklə topladığı təcrübə Qarabağda da mövcud sənaye potensialını üzə çıxarmaq üçün mühüm layihələrdə də həm təşəbbüskar, həm də sərmayədar qismində iştirak etmək üçün əlverişli zəmin yaradır. Həmin ərazilərdə mövcud olan zəngin təbii ehtiyatlar, habelə bölgənin əlverişli coğrafi mövqeyi də burada yaradılacaq yeni müəssisələrin nəinki yerli iqtisadiyyata, həm də bütövlüklə ölkəmizin qeyri-neft sektoruna böyük töhfələr verəcəyinə möhkəm inam yaradır.
İqtisadi İslahatların Təhlili və Komunikasiyalar Mərkəzinin (İİTKM) rəhbəri Vüsal Qasımlının fikrincə, Qarabağ bölgəsində mədənçilik, metallurgiya, emal, meşə sənayesi, kreativ sahələri, ərzaq və elektrik enerjisi istehsalı üçün əlverişli şərtlər var. “Dağlıq Qarabağda mövcud olmuş müəssisələrin böyük əksəriyyəti Azərbaycanın müxtəlif rayonlarından gətirilən yanacaq, xammal və s. materiallarla işləyirdi, bəziləri də Bakıdakı iri müəssisələrin filialı olub”.
İİTKM-nin hesablamalarına görə işğaldan azad olunmuş 250 min hektar torpaq sahələri, üstəgəl keçmiş təmas xətti boyu 120 min hektar istifadəsiz qalmış torpaqlar əkin üçün istifadə oluna bilər. Ekspertin qənaətincə, bunlar da Qarabağda qida və emal sənayesi üçün sağlam bünövrə deməkdir.

Vüsal Qasımlı
Hazırda ölkəmizin qeyri-neft sənayesinin ən böyük layihəsi SOCAR-ın “Carbamid Plant” müəssisəsidir ki, ammiak, karbamid, karbamid qranulları istehsal edən üç əsas bölmədən ibarətdir. Belə ki, gündəlik 1,2 min ton ammiak bə 2 min ton karbamid istehsal edən bu müəssisənin bənzəri olan eyni istehsalat gücünə malik daha birinin Sumqayıt şəhərində inşa olunması nəzərdə tutulur. Sözsüz ki, işğaldan azad olunmuş torpaqlarımızda da gələcəkdə oxşar layihələr həyata keçirmək mümkündür. Həm də daşıma imkanları burada daha əlverişli olacaq.
Bildiyimiz kimi, artıq müxtəlif dövlət qurumları və müəssisələri azad olunmuş torpaqlarda gələcək fəaliyyətlərinə dair planlarını qurmaqla məşğuldur. Aparılan təhlillər nəticəsində burada yaradılacaq infrastrukturla da bağlı təfərrüatlar dəqiqləşəcək. Hər halda bu 28 il ərzində xəyalları ilə yaşadığımız bu gözəl diyarımızda həyata keçiriləcək bütün bu layihələrin böyük mənəvi güc, rahatlıq verəcəyi şəksizdir.
Qulu Nuriyev, ekspert
Report.az
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
Bakının mərkəzi küçəsində yanğın başlayıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN
ADİL ƏLİYEVƏ TÖHMƏT VERİLDİ, RAFİQ QULİYEVƏ İSƏ... - İcra başçılarına yeni tapşırıqlar verildi
Türkiyədə daha 18 FETÖ üzvü saxlanılıb - 16-sı məmurdur
Subsidiya ödənişinin ilkin mərhələsinə start verilib
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı
TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir
ABŞ prezidenti: "Məncə, BMT-ni də səfərbər edə biləcəyik"
Ərdoğan Efiopiyaya gedir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb