"Azərişıq" ASC-də tender: qurum iki şirkətlə 18 milyonluq müqavilə bağlayıb

img

09-12-2020 [16:19]


"Azərişıq" ASC Bakının Qaradağ rayonunun Ələt qəsəbəsindəki Azad İqtisadi Zonanın ərazisində ilkin elektrik işlərinin layihələndirilməsi və görülməsi (1), eləcə də Şəki və Oğuz rayonları ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi üçün elektrik təchizatının yaradılması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Report vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlerin qalibi müvafiq olaraq "Azconstruction" QSC və "Dizayn İnşaat Group" MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 9 984,985 min manat və 8 097,8 min manat, ümumilikdə isə 18 082,8 min manat ödəniləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA