Azərbaycanda xüsusi dövlət əhəmiyyətli obyektdə yanğın olub

img

29-11-2013 [17:21]


Milli Aerokosmik Agentliyinin binasında yanğın olub. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə agentliyin Mərkəzi Seçki Komissiyasının arxasında yerləşən inzibati binasında qeydə alınıb. Binanı qara tüstü qatı bürüyüb və yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər cəlb edilib.

Milli Aerokosmik Agentliyindən isə APA-ya bildirilib ki, yanğın agentliyin binasında yox, həyətində qeydə alınıb: "Ərazidə olan zibillikdə baş verən yanğın binaya keçmək üzrə olarkən yanğınsöndürənlər tərəfindən qarşısı alınıb. Agentliyin binasına ziyan dəyməyib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA