Vahid Əhmədov şəhid ailələrindən şikayətlər olduğunu dedi: “Banklar həmin ailələrə güzəştə getməlidir”

img

09-12-2020 [12:01]


“Əmanətlərin sığortalanması məsələsi bizi həmişə narahat edir. Bu, bank sistemi üçün də müəyyən əhəmiyyət daşıyır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

“Biz banklar bağlananda çoxlu şikayətlər alırdıq. Bankların görəcəyi böyük işlər qabaqdadır. Artıq Hadrutda “Beynəlxalq Bank”ın terminalı qoyulub. Digər banklar da bu prosesdə iştirak etməlidirlər. Bizə müharibə əlilləri, şəhid ailələrindən çoxlu şikayətlər daxil olur. Banklar həmin ailələrə güzəştə getməlidir. Xahiş edirəm ki, bu məsələ öz həllini tapsın”, - o, qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA