AFFA bu klubları cəzalandırdı - Siyahı

img

08-12-2020 [16:46]


AFFA İntizam Komitəsi (İK) "Keşlə" klubunu 160 manat məbləğində cərimələyib.

Mia.az xəbər verir ki, paytaxt təmsilçisinin əvəzedici komandası I Divizionun VIII turunda MOİK-lə oyunda AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişlərini (avtomaşınların parklanması və mühafizəsinin təşkil olunması) yerinə yetirməyib. Kluba bunun üçün 80 manat məbləğində cəza verilib.

Komandanın 4 oyunçusu həmin qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb və klub əlavə 80 manat məbləğində ziyana düşüb.

İK "Kəpəz" klubuna isə 80 manat cəza kəsib. "Qarabağ-2" ilə oyundan əvvəl təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün Gəncə təmsilçisi 40 manat məbləğində cərimələnib.

Oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün "Kəpəz"ə əlavə 40 manat cəza verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA