Lənkəranda qapalı zalda futbol oynayanların hər biri 200 manat cərimələndi

img

08-12-2020 [10:49]


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, Lənkəranda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin rejiminin qaydalarını kobud şəkildə pozaraq rayonun Kərgəlan kəndi ərazisindəki qapalı zalda futbol oyunu təşkil edən 10 nəfər rayon sakini müəyyən edilib.

Həmin şəxslər Lənkəran ŞRPŞ-yə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar. Obyektin sahibi V.Yusubov barəsində toplanmış materiallar isə baxılmasından ötrü Lənkəran Rayon Məhkəməsinə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA