Prokurorluq əməkdaşı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub - FOTO

img

07-12-2020 [14:53]


Gəncə Şəhər Prokurorluğunun əməkdaşı Əlizadə Yüksəl İlqar oğlu Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Yüksəl Əlizadə 1996-cı ilin iyunun 5-də sabiq prokurorluq əməkdaşı, mərhum İlqar Əliyevin ailəsində dünyaya göz açıb.

O, 2017-ci ildən Gəncə şəhər prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib.

2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət edərək orduya yazılan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA