Erməni baş məşqçi: "Uşaqları türkiyəli və azərbaycanlı rəqiblərə qarşı kökləyə bilmərik
07-12-2020 [18:07]
"Müharibədən sonra yığmada xoşagəlməz vəziyyət yaranıb. Artur Aleksanyan və digərləri düşmənçiliyə görə xalçadan kənarlaşdırılsalar, biz məğlub olacağıq".
Məlumata görə, bunu yunan-Roma güləşi üzrə Ermənistan yığmasının baş məşqçisi, olimpiya çempionu Artur Aleksanyanın atası və şəxsi məşqçisi Gevorq Aleksanyan "news.am" nəşrinə açıqlamasında 12 - 18 dekabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək fərdi dünya çempionatına hazırlıq barədə danışarkən deyib.
Mütəxəssis bildirib ki, 44 günlük döyüşlərdən sonra dərhal məşqləri bərpa etmək, idmançıları hazırlaşdırmaq və komandanı toparlamaq qeyri-mümkün idi: "Müharibədən sonra yığmada gərgin psixoloji vəziyyət yaranıb. Təlim-məşq toplanışının ilk günlərində onların gözlərinə baxdım. Sanki burada olmadıqlarını gördüm. İdmançılarda narahatlıq var idi. Hətta indi də düşüncələri başqa yerdədir. Düzdür, hardasa bu mərhələni keçə bildik. Amma müharibə hamımızın həyatında iz qoydu. Ağır günlərimiz oldu".
Dünya çempionatında erməni idmançıların Azərbaycan və Türkiyə güləşçiləri ilə mümkün qarşılaşmasına da münasibət bildirən Aleksanyan onları sırf bu görüşlər üçün hazırlamağın uğursuzluqla nəticələnəcəyini etiraf edib: "İstəsək də, istəməsək də, xalçada düşmənçilik olacaq. Bizim vəzifəmiz bunu azaltmaqdır. Biz yarışa yalnız azərbaycanlı və ya türkləri məğlub etmək üçün getsək, uduzacağıq. Çünki yalnız bir idmançıya qarşı məşq edə bilməzsiniz".
Baş məşqçinin fikrincə, idmançı bütün turniri qalib gəlməyə psixoloji cəhətdən hazır olmalıdır: "Bilmirəm insanlar məni anlayacaqlar, ya yox. Amma idman psixologiyası baxımından uşaqları türkiyəli və azərbaycanlı rəqiblərə qarşı kökləyə bilmərik. Qonşu ölkələrin təmsilçiləri ilə həmişə qarşılaşmışıq və yenə qarşılaşacağıq. Aleksanyanın əsas rəqiblərindən biri türkiyəli Cenk İldemdir. Müharibədən və bizim üçün xoş olmayan situasiyadan sonra Arturu və başqalarını döşəyə düşmənçilik ruhunda çıxarmaq uğursuzluq, hədsiz gərginlik anlamı verəcək. Bu isə qələbəyə mane olacaq"/Report.
Vilayət Eyvazov Sumqayıtda 367 vətəndaşı qəbul edib - Nazir rəislərə tapşırıqlar verib
HƏMAS Trampın Qəzza planını rədd etdi: "Bu iki maddə İsrailin xeyrinə, Fələstin xalqının isə..."
Qəzzada daha iki nəfər acından ölüb
MEDİA TRT kanalına başsağlığı verdi
İsveçrənin Ədliyyə naziri sabiq nazirin müşavirinə məktub yazıb: "Burada doğulan hər kəs özünü..."
Daha bir vəkilin fəaliyyəti dayandırılıb, 2-nə... - İclas oldu
DEM partiyası Ərdoğanın çətiri altına girir? - "Bizə uzadılan əli havada buraxmayacağıq"
Azər Bağırov "Kəpəz"lə razılaşıb
İsrail Qəzzanı bombalayır - Xilasedici zabit ölüb, yaralılar var
Sabah hava necə olacaq? - Proqnoz
Kəlbəcər və Şahdağa qar yağıb
Oxuyur Mənsum İbrahimov!
Türkiyə balıqçılarının tapdığı kamikadze kater partladıldı - FOTO
İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatıb
DİN III MDB oyunları ilə bağlı fasiləsiz xidmət aparır - VİDEO
İtaliya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb - FOTOLAR
Keçmiş spiker çağırış etdi, partiya sədri qəbul etmədi - Türkiyə parlamentində tarixi qalmaqal
Joze Mourinyo: "Kerem Aktürkoğlunu unudun!"
“Avropa Şurasının hesabatı ilə tanışıq, bəzi məsələlərlə razı deyilik" - Kamran Əliyev
Sabiq idarə rəisi məhkmədə ittihamı rədd etdi: "Mənə düşmən olanla niyə danışığa gedim?!”
Noyabr ayında ardıcıl 4 gün iş olmayacaq
Hakimlərin təlim-tədris prosesinin təşkili üzrə İşçi Qrup yaradılıb - MHŞ-da iclas olub
“Kristal Bakı" "Qanlı göl"ün ətrafındakı sakinlərin "qan"ını almaq istəyir - "Şirkət nə vaxtdan tiklinin qanunsuz olduğunu müəyyən edən qurum olub ki..."
"Xəzər dənizi diqqətdən kənarda qala bilməz" - Muxtar Babayev
"Taliban" ölkədə internet və mobil telefonları qadağan edib - Seks videolarına görə
Prokurorluq AMEA-da hərtərəfli araşdırma aparır: "Zərurət olarsa..."
XİN-dən Çinə mesaj: "Milli bayramınız mübarək!"
"Ümid edirik ki, bu işin də istintaqı məntiqi nəticəsini tapacaq" - AZAL-ın vurulan təyyarəsi haqda açıqlama
Azərbaycan nefti 69 dollara düşdü
Okan Buruk: "Çempionlar Liqasında qalib gəlmək asan deyil"
Çempionlar Liqası: "Qalatasaray" "Liverpul"u devirdi, "Bavariya", "Real", "Atletiko"...
İsrail komandası velosiped yarışından kənarlaşdırıldı - İtaliyada
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BU DÖVLƏT ŞİRKƏTLƏRİ ÖZƏLLƏŞDİRİLƏCƏK - Asiya İnkişaf Bankı araya girdi, görüş oldu (SİYAHI)
İtaliya prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO