Ukraynalı sabiq futbolçuya Rusiyada hökm oxundu - Casusluğa görə

img

07-12-2020 [13:32]


Casusluqda ittiham edilən ukraynalı sabiq futbolçu Vasili Vasilenkoya Rusiyada hökm oxunub.

 RBK xəbər verir ki, Mosvka Şəhər Məhkəməsi idmançıya 12 il həbs cəzası kəsib. Keçmiş müdafiəçi cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Qeyd edək ki, Vasili Vasilenko 2019-cu ildə Moskvada həbs ediliub. O, qadağan edilmiş maddələrin sərhəddən qanunsuz keçirilməsində günahlandırılıb. Daha sonra Vasilenkoya casusluq maddəsi ilə də cinayət işi açılıb.

Xatırladaq ki, Vasili Vasilenko 1992 - 2001-ci illərdə ölkəsində "Tavriya", "Torpedo" və "Drujba" klublarının formasını geyinib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA