Ukraynadan Azərbaycana daha bir yeni aviareys açılacaq

img

01-12-2020 [12:53]


Ukraynanın “SkyUp” aşağı büdcəli aviaşirkəti Zaporojedən Bakıya uçuşlar həyata keçirəcək.

Məlumata görə, bu barədə Ukrayna Dövlət Aviasiya Xidmətinin məlumatında deyilir.

Bildirilir ki, Ukrayna Dövlət Aviasiya Xidməti “SkyUp” aviadaşıyıcı şirkətinə Zaporojye hava limanından hava xətlərinin istifadəsinə icazə verib. Zaporojye-Bakı aviareysi həftədə iki dəfə həyata kçiriləcək.

Aviareyslərin həyata keçirilməsinə 2021-ci ilin martın 28-dən başlanılacaq və məhdudiyyətsiz müddət üçün etibarlıdır.

Bundan başqa, “SkyUp” loukosteri Zaporojyedən Ştutqarta da aviareyslər həyata keçirəcək. Bu reyslər də gələn ilin martın 28-dən başlanılacağı gözlənilir və həftə də iki dəfə baş tutacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA