"Neftçi"nin daha bir futbolçusu koronavirusa yoluxub

img

28-11-2020 [17:44]


"Neftçi" klubunun daha bir futbolçusu koronavirusa yoluxub.

Məlumata görə, Anton Krivotsyukun testi müsbət nəticələnib.

22 yaşlı cinah müdafiəçisi bu səbəbdən Azərbaycan Premyer Liqasının XI turunda "Zirə" ilə matçı buraxıb.

Almaniyalı oyunçu Bruno Teluşidə isə zədə səbəbindən komandasına kömək edə bilmir.

"Neftçi"nin kapitanı Emin Mahmudov və hücumçu Mirabdulla Abbasov koronavirusdan sağalıb.

Qeyd edək ki, "Neftçi" - "Zirə" matçında ilk hissə başa çatıb, hesab açılmayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR