Gülər Əhmədovanın vəkil hakimi şoka saldı: "Siz rüşvətin verilməsi mexanizmini bilirsiniz”

img

26-11-2013 [14:19]


Sabiq millət vəkili Gülər Əhmədovanın növbəti məhkəmə prosesi başlayıb. Ağır Cinayətlər Məhkəməsində bu gün səhər saat 10.30-da başlayan proses hazırda da davam edir.

Mia.az "Axar.az”a istinadən xəbər verir ki, keçmiş deputatın vəkili Əfsər Talıbovla məhkəmənin hakimi arasında "rüşvət” dialoqu keçib. Gülər Əhmədovanın hüquqlarını müdafiə edən vəkil çıxış edən zaman belə bir ifadə işlədib:

"Burda həddindən artıq qondarma və şişirdilmiş ittihamlar var. Cənab hakim, siz də, biz də yaxşı bilirik ki, rüşvətin verilməsi mexanizmi necə olur”.

Əfsər Talıbov bu sözləri deyən zaman hakim ona etirazını bildirib: "Sizi bilmirəm, mən rüşvətin verilməsi mexanizmini bilmirəm”.

Bundan sonra Gülər Əhmədovanın vəkili çıxışına davam edərək Sevinc Babayeva ilə bağlı bir neçə fikir bildirib. O deyib ki, prokurorluq işçilərinin Sevinc Babayevanın ölənə qədər dindirilməməsi şübhəlidir: " Nəyə görə Sevinc Babayevanın ölümünə qədər onun ifadəsi alınmayıb? Öləndən sonra onun adının hallanmasının nə əhəmiyyəti var”? 

   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA