Qafqazda böhrana qarşı ən dayanıqlı Azərbaycandır
25-11-2020 [14:41]
Bu il dünya iqtisadiyyatı üçün çətin keçdi. Koronavirus pandemiyasının enerji, nəqliyyat-logistika, turizm və s. sahələrdə əmələ gətirdiyi böhran bir çox ölkələrdə böyük fəsadlar yaradıb. Bu baxımdan Cənubi Qafqaz ölkələrində də vəziyyət birmənalı deyil.
Elə bu yaxınlarda “Fitch Ratings” Beynəlxalq Agentliyi Azərbaycanın reytinqini əvvəlki səviyyədə saxlayaraq pandemiya ilə bağlı mövcud risqlərin reytinqi dəyişdirmək üçün bəs qədər olmadığını qeyd edib. Yəni müəyyən çətinliklərə baxmayaraq ölkəmiz böhranın öhdəsindən gəlir.
Bir ay əvvəl isə agentlik Ermənistanın və paytaxt Yerevanın reytinqini aşağı salmışdı. İndi də Yerevanın “Fitch Ratings”i rədd etdiyi açıqlandı. Ola bilsin ki, Ermənistanda iqtisadi vəziyyət pisləşdiyi üçün hökumət paytaxtın reytinqinin tərtib olunmasını istəmir. Belə ki, Qarabağ müharibəsindəki məğlubiyyət nəticəsində onsuz da ürəkaçan vəziyyətdə olmayan ölkə iqtisadiyyatındakı problemlər daha da qabardı. Ona görə də mənfi sərmayə imicini heç olmasa qismən ört-basdır etmək üçün “Fitch” reytinqindən imtina edə bilərdilər.
“Fitch Ratings”ə görə, bütövlükdə Cənubi Qafqaz ölkələrində bu il ÜDM azalacaq. Noyabr proqnozuna görə Azərbaycanda bu azalma 4,3 faiz, Ermənistanda oktyabr proqnozuna görə 6,2 faiz, Gürcüstanda avqust proqnozuna görə 4,8 faiz gözlənilir. Başqa beynəlxalq maliyyə qurumlarının da proqnozları buna yaxındır.
Cənubi Qafqaz ölkələrinin ÜDM-nə dair proqnoz (faizlə)
2020-ci il 2021-ci il
Azərbaycan
Ermənistan
Gürcüstan
Mənbə: “Fitch Ratings”
Hər üç ölkə iqtisadiyyatına əsas təzyiq amili koronavirus epidemiyası olsa da, Ermənistandakı vəziyyətin 30 ilə yaxındır işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilmələri nəticəsində daha da çətinləşəcəyi güman edilir. Bu ay hökumət cari il ÜDM-nin azalmasına dair proqnozunu 6,8 faizədək geri çəkdi. Sözsüz ki, işğal altındakı Qarabağ ərazilərinin Ermənistan iqtisadiyyatında mühüm yeri olub. Məsələn, bu il buğda əkini üçün Ermənistan ərazisində 59 min ha, Qarabağda isə 40 min ha zəmilər ayrılmışdı.
Ölkədə iqtisadi fəallıq səviyyəsi cari ilin mart ayında 4,1 faiz, sentyabr ayının sonunda isə 7,5 faiz azaldı. Ən böyük azalma isə aprel ayında 16,3 faiz olub. O cümlədən apreldə 40,6 faiz azalan pərakəndə ticarət dövriyyəsi hələ də bərpa olmayıb, sentyabr ayının nəticələrinə görə bu azalma 13,1 faizdir. Avrasiya İnkişaf Bankının sentyabr ayındakı hesabatına görə bu il Ermənistanda ÜDM-nin azalması gəlirlərin, o cümlədən xaricdən pul köçürmələrinin, məvaciblərin, məşğulluq səviyyəsinin azalması üzündən istehlak tələbatının azalması, həmçinin koronavirusla bağlı məhdudiyyətlər üzündən sərmayə yatırımlarının da azalmasıdır. Eyni qurumun məlumatına görə ölkədə iş axtaranların boş iş yerlərinə nisbəti iyun ayında 40 faizdisə, iyulda artıq 90 faiz təşkil edib.
Gürcüstanda da vəziyyət çətin olsa da, nisbətən düzəlib, ÜDM-in azalması ilin ikinci rübündə 12,3 faiz, üçüncü rübdə isə cəmi 3,8 faiz oldu. Bütövlükdə ilin sonuna görə ÜDM-in 5 faiz azalması, gələn il isə 5 faiz artması gözlənilir. Ölkə ÜDM-də 12 faizlik paya sahib olan, 0,5 milyonadək vətəndaşın məşğul olduğu turizm sektoru koronavirus pandemiyası nəticəsində böyük ziyana uğrayıb. Belə ki, “PMC Research”ın məlumatına görə cari il üçüncü rübün yekununa görə turizm gəlirləri 81 faiz azalaraq 499 milyon dollar təşkil edib. Halbuki ötən il Gürcüstan turizm sektorundan 3 milyard dollar gəlir götürmüşdü. Hökumətin ehtimalına görə, pandemiyadan əvvəlki səviyyəyə qayıtmaq üçün ölkə turizmi bir neçə il toparlanmalı olacaq.
Hərçənd yay aylarında “PMC Research” tərəfindən dindirilmiş 50 yerli ekspertin fikrincə ölkə iqtisadiyyatı 12-18 aya tam dirçələ bilər.
Azərbaycanda isə vəziyyət daha ürəkaçandır. Belə ki, yanvar – sentyabr ayları ərzində ölkədə orta əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 17,1 faiz çox olub. Halbuki Ermənistanda əməkhaqqı artımı inflasiyanı təzə-təzə qabağlayaraq 4,7 faizə çatıb. Həmçinin devalvasiyaya uğrayan Gürcüstan və Ermənistan pulları ilə müqayisədə bizim manat daha sabitdir, “Fitch”in qənaətinə görə devalvasiya ehtimalı azdır.
Həmçinin dövlət borcu da ÜDM-nin 23 faizi, yəni aşağı səviyyədədir. Belə ki, “Fitch Ratings”in təsnifinə görə “BB” reytinqli ölkələr üçün kritik səviyyə kimi 60 faiz qəbul edilir. Ermənistanda dövlət borcu 2019-cu ildə ÜDM-nin 53,5 faizi, bu il isə Dünya Bankının ehtimalına görə 57,2 faiz, “Fitch Ratings”ə görə isə 63,9 faizi olacaq. Gürcüstanda isə bu göstərici ilin sonunda 55,7 faizə çata bilər.
Eyni zamanda, Azərbaycanda pərakəndə ticarət dövruiyəsi cari ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 1,5 faiz, sənaye istehsalı 4,5 faiz azalıb, hərçənd qeyri-neft sənaye sektorunda istehsal həcmi 11,5 faiz artıb. Bununla yanaşı, gələn il artımı təmin etmək üçün bəzi mühüm bünövrələr artıq mövcuddur.
Birincisi, Cənub Qaz Dəhlizi işə salınıb, onun bir hissəsi olan Trans Anadolu Boru Kəməri ilə (TANAP) artıq Türkiyəyə təbii qaz ixrac olunur.
İkincisi, işğaldan azad olunmuş torpaqlarda əvvəla inşaat sektorunun, daha sonra isə bütövlükdə ölkə iqtisadiyyatının artımı üçün başlıca hərəkətverici amilə çevriləcək.
2021-ci ildə Cənubi Qafqazın bütün ölkələrində iqtisadi artım baş verəcək, amma bu artımın sürəti müxtəlif olacaq. Ermənistanı və Gürcüstanı əhalinin sayı baxımdan xeyli üstələyən Azərbaycan koronavirusa yoluxanların sayı baxımdan da (müvafiq olaraq 127,5 min, 111,8 min, 95,28 min) daha yaxşı nəticələr göstərir. Bu da bütövlükdə iqtisadi dirçəlişin çox uzun çəkəcəyinə inam yaradır.
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN
ADİL ƏLİYEVƏ TÖHMƏT VERİLDİ, RAFİQ QULİYEVƏ İSƏ... - İcra başçılarına yeni tapşırıqlar verildi
Türkiyədə daha 18 FETÖ üzvü saxlanılıb - 16-sı məmurdur
Subsidiya ödənişinin ilkin mərhələsinə start verilib
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı
TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir
ABŞ prezidenti: "Məncə, BMT-ni də səfərbər edə biləcəyik"
Ərdoğan Efiopiyaya gedir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."