Zaqatalada 4 nəfərin güllələnməsindən yeni xəbər - Bir nəfər tutuldu

img

26-11-2013 [10:55]




Zaqatalada 4 nəfərin olduğu avtomobilə atəşin açıldığı "VAZ-2107” markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Vüqar Lahıcov saxlanılıb. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, O, saxlanılarkən polisə müqavimət göstərib. Hazırda hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat aparılır.

Qeyd edək ki, noyabrın 24-də saat 16:00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində "VAZ-2107” markalı avtomobildə olan naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi "Hyundai” markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb.

V.Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA