Sumqayıt internat məktəbində yanğın- foto-video

img

25-11-2013 [19:26]


Bu gün saat 16:45 radələrində 7-8-12-ci məhəllələrdə (Birləşmiş məhəllə) Sumqayıt şəhər Fars İngilis Təmayüllü İnternat Məktəbinin yataqxanasında yanğın baş verib.Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Tahir Quliyev "Xəbərlə" yə açıqlamasında üçmərtəbəli yataqxananın I mərtəbəsində başlayan yanğının 150 kvadratmetr ərazini əhatə etdiyini və anbarda olan döşək və stol dəstlərinin yandığını bildirib: "Dərhal çağırış elan edildi və heyət hadisə yerinə cəlb edildi. Yarım saat ərzində yanğın söndürüldü və digər ərazilərə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb".

T. Quliyev yanğının səbəbinin aparılan araşdırmalardan sonra məlum olacağını da sözlərinə əlavə etdi. Qeyd edək ki, sözügedən yataqxanada məcburi köçkünlər məskunlaşıb.

Yanğından VİDEO



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA