İşğal sonrası Qarabağ iqtisadiyyatı - Turizm
19-11-2020 [21:36]
Əli CABBAROV,
Naxçıvan Dövlət Universitetinin dosenti,
Sankt-Peterburq Beynəlxalq Turizm Akademyiasının üzvü
***
10 noyabrda Azərbaycanın tam qələbəsi ilə başa çatan Vətən müharibəsi sonunda Qarabağda iqtisadi-mədəni inkişafın gələcək perspektivləri gündəmdəki yerini qoruyur. Ordumuzun möhtəşəm zəfərindən sonra Cənubi-Qafqaz iqtisadiyyatının 60 faizinə malik olan Azərbaycan iqtisadiyyatının da Qarabağda nəyə nail olacağını bütün dünya maraqla gözləyir.
30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olmuş Qarabağın azad edilməsi uğrunda aparılan 44 günlük müharibə təkcə bu regionda deyil, bütün dünyada çox geniş rezonans yaratdı. İndi hər yerdə düşmən hədəflərini gözündən vuran ağıllı silah-sursatların tətbiqindən tutmuş, Şuşanı əlbəyaxa döyüşlə işğalçı əsgərlərdən təmizləyən Azərbaycan əsgərinin igidliyindən danışılır. Bu dövrdə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı siyasət, qazanılmış diplomatik uğurlar isə sözün əsl mənasında dünya liderlərinə bir dərs oldu. Beləcə, ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən möhkəm zəmin üzərində yaradılmış xalq-dövlət-ordu birliyi nəhayət ki, öz ali məqsədinə — düşmənin torpaqlarımızdan qovulması hədəfinə çatdı. Artıq Azərbaycan qalib ölkədir.
Müharibə sonrası baş verən hadisələri indi bütün dünya maraqla izləyir. Zəhərli başı əzilsə də hələ də quyruğu ilə sağa-sola çırpınan ilana bənzəyən məğlub Ermənistanda daxili vəziyyət getdikcə mürəkkəbləşərkən azadlığa qovuşmuş Qarabağda həyata keçiriləcək hər yeni layihənin təkcə işğal dövründəki yaraları sağaltması deyil, həm də işğaldan sonrakı dövrdə daha geniş məzmunlu inkişafa səbəb olacağı gözlənilir. Bu layihələr bir tərəfdən Naxçıvan Muxtar Respublikasının birbaşa olaraq Azərbaycanın əsas hissəsinə çıxış yolunun açılması və bununla əlaqədar olaraq Frankfurt-İstanbul-Şanxay ticarət dəhlizində Qarabağın da çox mühüm mövqe qazanması, digər bir tərəfdən isə ölkəmizdə qeyri-neft sektoru və ixrac marşrutları üçün yeni perspektivlərin yaranması baxımından da əsas arqumentlər kimi gələcəkdə çox müzakirə olunacaq. Bunlarla yanaşı, işğal sonrası Qarabağda turizm mövzusunun aktual olduğunu da müxtəlif səviyyələrdəki çıxışlardan da izləməkdəyik.
Azərbaycanın qələbəsi xalqımızın qurub-yaratmaq əzmini də ortaya qoyub. Artıq işğaldan azad olunmuş rayonlarda dövlətin vacib idarəetmə strukturların fəaliyyətinin bərpa olunması, Suqovuşandakı turizm və hidroehtiyatların istifadəyə cəlb olunması, bu ərazilərdə başladılan yol-infrastruktur çalışmaları, Xudafərin ərazisindəki su anbarlarının hidroenerji və meliorasyia məqsədilə istifadəsi və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Füzulidən Şuşaya 101 kilometrlik yolun çəkilməsi üçün vəsaitin ayrılması kimi sırf iqtisadi mahiyyətli tədbirlər gündəmə gəlməkdədir. Düşmənin tamamən Qarabağdan çəkilməsindən sonra bölgə iqtisadiyyatının dirçəldilməsi yaxın gələcəkdə bu
torpağın yenidən bütün Cənubi-Qafqazın inkişaf edən mədəniyyət mərkəzi, məşhur turizm destinasyiası olacağını deməyə əsas verir.
Qarabağ və erməni işğalından azad olunmuş digər yeddi rayon müstəqil Azərbaycan Respublikasının tərkib hissəsi kimi iqtisadi inkişaf baxımından tarixən ölkəmizin digər regionları ilə inteqrativ əlaqələrə malik olub. 30 il öncəsində də bu bölgənin coğrafi mövqeyi, təbii sərvətləri və insan resursları Qarabağ iqtisadiyyatının inkişafında mühüm rol oynayıb. O vaxtlar burada yaradılmış nəqliyyat və infrastruktur şəraiti ilə yanaşı, mövcud olan təbii ehtiyatlar energetika, dağ-mədən sənayesi, kənd təsərrüfatı, emal sənayesi, meşə təsərrüfatı, balıqçılıq və turizm kimi sahələrdə mühüm layihələr həyata keçirməyə imkan verirdi. 1988-ci ilədək, yəni SSRİ-nin çöküşünədək olan dövrdə Dağlıq Qarabağ iqtisadi rayonu məhz bu sərvətlər hesabına mühüm inkişaf göstəriciləri əldə etmiş və bu iqtisadi nəticələr birbaşa olaraq bölgədə məskunlaşmış əhalinin yaşayış səviyyəsində və məşğulluğunda özünü göstərmişdi. Həmin dövrün statistikasına nəzər salsaq, burada bir sıra məhsulların istehsalında respublika əhəmiyyətli nəticələr əldə olunub. Belə ki, təkcə kənd təsərrüfatı üzrə baxsaq, taxılçılıq, tərəvəzçilik, mevəçilik, üzümçülük, pambıqçılıq və tütünçülüklə yanaşı ətlik və südlük heyvandarlıq məhsullarının istehsalında mühüm göstəriclərin əldə olunuduğunu görməkdəyik. Tarixən Qarabağ əhalisinin mənimsədiyi məşğuliyyət növləri və toplanan təcrübə burada əsas rol oynayıb. Eləcə də emal sənayesi və sənətkarlıqda, xüsusən dünyaca məşhur olan xalçaçılıqda Qarabağ adı hələ o dövrdə dünya markası halına gəlmişdi. Bütün bu və digər sahələrlə yanaşı Qarabağ özünün təkarolunmaz turizm ehtiyatları və kurort-sanatoriya müəssisələri, qorunan təbii-rekreasiya məkanları ilə səyahətçilərin də diqqət mərkəzində olub.
Qədim mədəniyyət nümunələrinə, əsrarəngiz təbii-iqlim şəraitinə, zəngin yeraltı və yerüstu sərvətlərə malik olan Qarabağın şöhrəti hələ yüzillər öncəsindən bütün dünyaya məlum olub. Qədimdə və xüsusən orta əsrlərdə Azərbaycana səfər edən səyyahlar bu torpağın gözəlliklərindən bəhs edib, buradakı unikal təbii, tarixi-mədəni zənginliklərdən söhbət açıblar. Gözəl həyat üçün hər cür şəraiti olan Qarabağ bəlkə elə bu səbəbdən də yadellilərin iştahasında olub, hücumlara məruz qalıb. Tarix boyu amansız döyüşlər meydanı olmuş bu torpaq nə qədər çətin mübarizələrdən keçsə də öz Azərbaycanlı kimlyini qoruyub, düşmənlərinə boyun əyməyib. XIX əsrin ikinci yarısından başlayraq neft üçün Azərbaycana gəlmiş xarici kapital sahibləri Cənubi-Qafqazın ən görməli məkanlarından biri olan Qarabağa — Şuşaya, Kəlbəcərə səfərlər ediblər. Sonrakı vaxtlarda, sovet hakimiyyəti dövründə Qarabağ həm xarici həm də yerli turistlər tərəfindən çox seçilib. XX əsrin 30-cu illərindən Şuşadakı kurort müəssisələri, panisonat və sanatoriyalar, Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, əfsanəvi “Cıdır düzü” buraya səyahətə gələnlərin sevimli yeri olub. Bunlarla yanaşı, Xankəndi, Ağdam, Kəlbəcər ərazilərindəki rekreasiya məkanları bölgənin turizm-rekreasya potensialı onu beynəlxalq
əhəmiyyətli bir səviyyədə tanıdıb, respublikamıza gələn yüz minlərlə turistin mühüm bir hissəsi məhz Qarabağın payına düşüb. Xüsusən, 1970-ci illərdən başalyaraq burada yaradılmış turizm-rekreasya müəssisələrinin xidmətlərindən hər il yüz minlərlə yerli və xarici turist istfadə edib. Ancaq Ermənistanın 1988-ci ildən başlayan hərbi təcavüzü nəticəsində təkcə Qarabağda deyil, eyni zamanda buradan qaçqın salınmış insanların ölkəmizin kurort-sanatoriya müəssisələrində yerləşdirilməsi ilə bütün Azərbaycanda daxili və gəlmə turizmə ciddi zərərlər vurulmuş, turizm ehtiyatları, xüsusən, Azərbaycan xalqının zəngin tarixi-mədəni ehtiyatları talanmış, bölgədə ekoloji böhran yaranmış, bütün infrastruktur məhv edilmişdir.
Qarabağ iqtisadiyyatında turizmin yeri buranın təbii ehtiyatları, coğrafi mövqeyi, tarixi zənginlikləri və potensial nəqliyyat imkanları ilə əlaqədardır. Buna görə də Qarabağın zəngin təbii ehtiyatlarının və xalqımıza məxsus milli-mədəni mirasının turizm dövriyyəsinə cəlb olunması qarşıdakı dövrdə görüləcək mühüm işlərdən biri olacaq. 30 ilə yaxın yurd həsrəti çəkən Qarabağ sakinlərinin, onların yaxın qohum-əqrabalarının, müxtəlif humanitar missiyalar həyata keçirən beynəlxalq təşkilatların nümayəndələrinin, dünyanın hər yerindən olan media ordusunun və bölgəyə yeni sərmayə yatırmaq üçün Azərbaycana gələcək investorların səyahət məsələləri digər işlərlə bərabər şəkildə həyata keçiriləcəkdir. Turizm növlərinə gəldikdə, 8 noyabr — Şuşanın işğaldan azad olunması tarixi turizm baxımından da xüsusi əhəmiyyət daşıyacaq. Bu tarixi gündə turlara qatılan hər yaş təbəqəsindən və hər cür sosial qrupdan olan insanlar Azərbaycan Ordusunun keçdiyi zəfər yolunu bu dəfə turist kimi keçəcəklər. Şuşa istiqamətində ilk səfərə çıxanlar, xüsusən, xarici media təmsilçiləri üçün belə səfərlər erməni vandalizminin əsl mahiyyətini göstərmək üçün xüsusi bir fürsət olacaq. Qarabağın 30 illik işğal dövrü ərzində hər yerdə məhv edilmiş insan məskənlərini, korlanmış ekosistemi, dağıdılmış məzarlıqları və eləcə də daş dövrünü xatırladan primitiv erməni həyat tərzini bütün bəşəriyyətə göstərmək belə tanışlıq turlarının əsas motivi olacaq. Bu marşrutlar Suqovuşandan Xankəndinə, işğaldan ilk azad olunmuş Cəbrayıldan Kəlbəcərədək çox geniş bir ərazidə çox zəngin informativ bir resursa sahib olacaq. Xarici jurnalistlər, eləcə də bütün əcnəbi turistlər işğaldan miras qalmış şəhər və kəndləri gördükcə bu onlarda ermənilərin gerçək həyat tərzi haqqında ən real təsəvvür yaradacaq. Onda bütün dünya biləcək ki, faşizm ruhlu bu insanlar istədi vaxt sıx məskunlaşdıqları Los-Ancelos, Marsel, Beyrut, Rostov kimi şəhərlərdə də hər an belə izlər qoyub getməyə hazırdılar.
İşğal sonrası Qarabağda turizmin inkişafı hər şeydən əvvəl bu bölgənin iqtisadiyyatının diçəldilməsi və ölkəmizin digər yerlərində məskunlaşmış yerli insanların öz torpaqlarına qayıdışı üçün üçün mühüm faktorlardan biri olacaq. Turizmin çox ciddi sosial-humanitar məzmunlu funksiyaları bunu etməyə imkan verir. Belə ki, turistlərə təklif olunacaq xidmətlər diğər sahələrə nisbətən öz xərcini daha tez çıxardığından bu, bölgəyə işçi qüvvəsi axınına səbəb olacaqdır. Qarabağda həm ekorturizm, həm mədəni
tanışlıq, həm də müalicə turizmi üçün geniş imkanlar olduğundan burada turistlərə təklif olunana zərf xidmətlərin də çeşidi və məzmunu olduqca müxtəlif olacaq. Laçın, Kəlbəcərin unikal relyef müxtəlfliyi burada həm yay, həm də qış turizminin perspektivlərini artırır. Turist marağı baxımından dünyada çox populyar olan səhləb bitkisi olan Xarı-bülbülün Şuşada canlı olaraq izlənilməsi Qarabağın turizm cazibədarlığını xüsusi olaraq artırır. Qarabağ bölgəsi Azərbaycanın bir çox yerlərindən fərqli olaraq qışı və yayı mülayim keçən, yaşıllıqlarla zəngin olan bir ərazidir. Belə bir unikal təbii-iqlim xüsusiyyətləri ərazidə aqroturizmin və kənd-yaşıl turizminin də inkişafı deməkdir. Erməni işğaından sonra burada kənd infrastrukturunu sürətlə yenilənməsi, normal həyat üçün bütün zəruri şəraitin yaradılması şəhərli turstlər üçün bölgə kəndlərini sevimli istirahət məkanı edəcək.
Qarabağda turizmin gələcək inkişafının iqtisadiyyata çoxaldıcı effektindən əlavə çox mühüm siyasi əhəmiyyəti də vardır. Bu gün artıq Şuşa şəhərinin və Xudafərin körpüsünün UNESCO-nun Mədəni İrs Siyahısına salınması üçün işlərə başlanılıb. Bütün bunlar 30 il ərzində ermənilərin təkcə bu bölgə üçün deyil, bütün Cənubi-Qafqaz bölgəsi üçün törətdikləri riskli bölgə imicinin də qırılması deməkdir. Qarabağın işğalına görə mövcud olmuş riskli bölgə anlayışı isə təkcə ölkəmzdə deyil bütün bölgədə həm getmə, həm də gəlmə turizmə çox ciddi zərərlər vururdu. Bu gün hələ də cəzasını çəkdikləri sərsəm xəyallarından əl çəkməyib, quru bir ağaç parçasına da tamah salan məğlub erməni cəmiyyəti bilməlidir ki, işğal etdiyi Qarabağda taladığı Azərbaycan qızılı, meşə sərvətləri, inşaat materialları kimi çox dəyərli turizm ehtiyatlarımız da olub. Buna görə də, Azərbaycanın Qarabağda qısa müddətdə turizmdən əldə edəcəyi müsbət nəticələr ölkəmizin turizm ehtiyatlarına, turizm sənayesinə və ümumilikdə iqtisadiyyatımıza vurulmuş zərərlərə görə Ermənistanın ödəməli olduğu maddi təzminatın daha tutarlı bir arqumenti olacaq. 2019-cu ilin nəticələrinə əsasən, Azərbaycana gəlmiş təxminən 2,5 milyon əcnəbi turistin ölkə iqtisadiyyatına qazandırdığı təxminən 3 milyard ABŞ dolları həcmində gəlir, bu baxımdan Qarabağın işğalı nəticəsində itirdiymizin gəlirlərin səviyyəsindən xəbər verir.
Turizm sülh və sabitliyin bəhrəsi, eyni zamanda rahat yaşayışın mühüm faktorlarındandır. Buna görə də Qarabağın azadlığa qovuşması XXI əsrin ilk mühüm hadısəsi kimi tarixə keçdisə, bu torpaqda turizmin inkişafı da bu bölgədə hamının arzu etdiyi humanitar inkişaf üçün mühüm töhfə olacaq.
Mia.az
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - Direktor TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqladı və...
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN
ADİL ƏLİYEVƏ TÖHMƏT VERİLDİ, RAFİQ QULİYEVƏ İSƏ... - İcra başçılarına yeni tapşırıqlar verildi
Türkiyədə daha 18 FETÖ üzvü saxlanılıb - 16-sı məmurdur
Subsidiya ödənişinin ilkin mərhələsinə start verilib
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı
TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir
ABŞ prezidenti: "Məncə, BMT-ni də səfərbər edə biləcəyik"