Ekspert: “TAP Gürcüstanın geosiyasi rolunu artıracaq”

img

17-11-2020 [11:25]


“Trans-Adriatik Boru Kəmərinin (TAP) istismara verilməsi Gürcüstanın Avropa üçün geosiyasi rolunu artıracaq və birbaşa iqtisadi mənfəət gətirəcək”.

Bu barədə Gürcüstanın Neft və Qaz Korporasiyasının Müşahidə Şurasının sədri, texniki elmlər doktoru, professor Temur Qoçitaşvili BPN nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstan TAP vasitəsilə beynəlxalq oyunçuya çevriləcək: “Bu vaxta qədər Gürcüstan təbii qaz tranziti üçün regional əhəmiyyətli ölkə idisə, bundan sonra Avropa da Gürcüstan üzərindən qaz əldə edəcək. Ölkə ərazisi ilə ixrac olunacaq qaz Avropa İttifaqının enerji bazarlarının şaxələndirilməsi və tədarük təhlükəsizliyinin artırılmasında mühüm rol oynayacaq”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA