Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini kəskin artırıb

img

19-11-2020 [15:24]


Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

İclasda uçot dərəcəsi 4,75 faiz bəndi artırılaraq 10,25 %-dən 15 %-ə çatdırılıb.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında 0,75 % azaldılaraq 12 %-dən 11,25 %-ə, fevralın 19-da keçirilmiş iclasında 11,25 %-dən 10,75 %-ə, martın 17-də keçirilmiş iclasında 10,75 %-dən 9,75 %-ə, aprelin 22-də keçirilmiş iclasında 9,75 %-dən 8,75 %-ə, mayın 21-də keçirilmiş iclasında isə 8,75 %-dən 8,25 %-ə endirilib, sentyabrın 24-də keçirilmiş iclasında 8,25 %-dən 10,25 %-ə qaldırılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA