Dövlət büdcəsinin hazırlanmasında ictimai iştirakçılıq
17-11-2020 [11:04]
İctimai iştirakçılığa gələndə qeyd etmək lazımdır ki, Azərbaycan qanunvericiliyində ictimai iştirakçılığın zəruri ilkin şərtləri nəzərdə tutulub. Azərbaycan Konstitusiyasında məlumatları “axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq” hüququ nəzərdə tutulub.
İctimai iştirakçılıq bir neçə formada tətbiq edilir.
– Parlamentin (Milli Məclisin) iclasları açıq keçirilir (qapalı keçirilməsin tələb olunmasa);
– “Normativ hüquqi aktlar haqqında” qanununa görə normativ hüquqi aktların layihələrinin hazırlanması işlərinin planlaşdırılmasında aşkarlıq nəzərdə tutulur və qeyd edilir ki, “dövlət proqramları və normativ hüquqi aktların layihələrinin hazırlanması planları onları təsdiq etmiş normayaratma orqanlarının aktları üçün nəzərdə tutulmuş qaydada təsdiq və dərc edilir” və “təsdiq edilmiş dövlət proqramları və normativ hüquqi aktların layihələrinin hazırlanması planları məlumat üçün əlaqədar dövlət orqanlarına göndərilir”. Bundan başqa ictimai iştirakçılığa birbaşa əlaqəli olan iki qanun da mövcuddur. Birincisi “İnformasiya əldə etmək haqqında” qanunudur (bu barədə ətraflı bir qədər sonra yazacayıq), ikincisi isə “İctimai iştirakçılıq haqqında” qanunudur. “İctimai iştirakçılıq haqqında” qanun məsləhətləşmələrin bir neçə növünü nəzərdə tutur.
Qanuna görə ictimai maraq doğuran məsələlərin ictimai müzakirəsi və qanun layihələrinin ictimai müzakirəsi, ictimai dinləmələr, ictimai rəyin öyrənilməsi, yazılı məsləhətləşmələr nəzərdə tutulub (qeydlərinin bildirməsi üçün ictimaiyyətin azı 7 gün vaxtı olur).
Bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası” mövcuddur. Bu sənədlərdə bir neçə vacib məqama diqqət ayrılır və terminlər konkretləşdirilir:
• İctimai müzakirə – ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunmuş yığıncaq”;
• İctimai dinləmə – hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunmuş yığıncaq. İctimai dinləmələr və ictimai müzakirələr normativ aktın tərtib edildiyi və (və ya) parlament tərəfindən nəzərdən keçirildiyi zaman təşkil edilə bilər. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hər biri hazırladığı hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili üçün özünün rəsmi internet səhifəsində xüsusi bölmə ayırmalı və hazırladığı normativ hüquqi aktların layihələrini razılaşdırılması (təsdiq olunması) üçün göndərildiyi andan özünün rəsmi internet səhifəsinin xüsusi bölməsində yerləşdirməlidir. Normativ hüquqi aktın layihəsi ilə birlikdə aşağıdakılar barədə məlumatlar təqdim edilməlidir: – ictimai dinləmənin və müzakirənin vaxtı və keçirilməsi müddəti; – rəy, irad və təkliflərin təqdim olunması qaydası; – onlara baxılması və nəticələrin açıqlanacağı müddətlər. Vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin hüquqi akt layihəsinə dair verdikləri rəy, irad və təkliflər də rəsmi internet səhifəsində yerləşdirilməli və onlarla tanış olmaq imkanı yaradılmalıdır. Layihəyə dair təqdim olunmuş rəy, irad və təkliflərə baxıldıqdan sonra layihədə dəyişikliklər edildiyi halda layihənin yenilənmiş mətni də ictimaiyyətə açıqlanmalıdır. Həmçinin qeyd edilməlidir ki, “İctimai iştirakçılıq haqqında” qanuna əsasən,16 məşvərətçi qurum qismində ictimai şuranın yaradılması da mümkündür. İctimai şuralar aşağıdakı hüquqlara malikdirlər:
► mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından öz fəaliyyəti üçün zəruri olan məlumatları, ictimaiyyətlə məsləhətləşmələr tələb edən məsələlər üzrə hüquqi aktların layihələrini almaq;
► ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi barədə təkliflər vermək;
► müvafiq ərazidə və sahədə dövlət siyasətinin formalaşması və həyata keçirilməsi barədə təkliflərlə çıxış etmək;
► müvafiq sahədə dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi barədə hüquqi 16. 7-ci maddə. aktların layihələrinin hazırlanması ilə bağlı təkliflər vermək;
► ictimai əhəmiyyət kəsb edən məsələlərin həllinə dair vətəndaş cəmiyyəti institutlarının təkliflərini toplamaq, ümumiləşdirmək və mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təqdim etmək;
► dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinin müzakirəsi üçün açıq tədbirlər (ictimai müzakirələr, dinləmələr, seminarlar, konfranslar, dəyirmi masalar və digər tədbirlər) təşkil etmək;
► ictimai rəyin öyrənilməsi üçün sorğular keçirmək və ya müvafiq təşkilatlara sorğu keçirilməsi barədə təkliflər vermək;
► hüquqi aktların layihələrinin ictimai müzakirəsini keçirmək;
► şuranın işinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının nümayəndələrini, vətəndaş cəmiyyəti institutlarını, ekspertləri və elmi təşkilatların, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrini, ayrıayrı mütəxəssisləri cəlb etmək;
► öz məqsədlərini həyata keçirmək üçün daimi və müvəqqəti işçi orqanlar (komitələr, komissiyalar, ekspert qrupları, işçi qruplar və s.) yaratmaq. Real təcrübələr barədə demək bir qədər çətindir. Azərbaycanda dövlət büdcəsinin ictimai müzakirələri əsasən KİV-lər vasitəsilə həyata keçirilir. Bir çox hallarda bu müzakirələr məlumatlandırmadan daha dərinə getmir. Son dövrlər müxtəlif deputatların aktivliyi müşahidə edilsə belə, hətta eyni zamanda Maliyyə nazirliyi tərəfindən müxtəlif sənədlərin dərci müşahidə edilsə belə (misal üçün iki il dalbadal sentyabr ayında Maliyyə nazirliyi dövlət büdcə layihəsinin ilkin parametrlərini dərc edilir), ictimai müzakirələrin və ya hansısa ictimai təşkilatların bu məsələlərə dair rəylərinin öyrənilib-öyrənilməməsinə dair məlumat verilmir. Düzdür ilkin parametrlər ilə bağlı bir sıra məqalələr dərc olunur. Amma ümumi müzakirəyə səbəb olduğuna dair məlumat yoxdur (ictimai təşkilatların rəyləri və s. dərc edilmir). Milli Məclisdə isə büdcə qanunvericiliyin qəbulu sürəti isə bir çox hallarda müxtəlif müzakirələrin olma ehtimalını azaldır.
Məqalə "Güzəran" sosial araşdırmalar ictimai birliyinin Azərbaycan Respublikasının prezidenti yanında QHT-lərə Dövlət Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının aparılmasına sair təşəbbüslər" layihəsi çərçivəsində hazırlanıb.
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - Direktor TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqladı və...
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN
ADİL ƏLİYEVƏ TÖHMƏT VERİLDİ, RAFİQ QULİYEVƏ İSƏ... - İcra başçılarına yeni tapşırıqlar verildi
Türkiyədə daha 18 FETÖ üzvü saxlanılıb - 16-sı məmurdur
Subsidiya ödənişinin ilkin mərhələsinə start verilib
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı
TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir
ABŞ prezidenti: "Məncə, BMT-ni də səfərbər edə biləcəyik"