Serbiya milli komandasının 4 üzvü koronavirusa yoluxub

img

18-11-2020 [14:55]


Futbol üzrə Serbiya milli komandasının 4 üzvü koronavirusa yoluxub.

Məlumata görə, onlardan 3-ü oyunçu, biri isə fizioterapevtdir.

Qapıçı Corce Nikoliç, yarımmüdafiəçilər Sergey Milinkoviç-Saviç və Darko Lazoviçin test nəticəsi müsbət olub. Həmin şəxslər dərhal təcrid edilib.

Daha əvvəl milli komandada Aleksandar Kolarovun testi müsbət nəticələnib.

Qeyd edək ki, Serbiya yığması bu gün UEFA Millətlər Liqasının VI turunda Rusiya seçməsini qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA