Bakıda məşhur marketlər şəbəkəsinin rəhbərləri həbs olundu

img

23-11-2013 [13:23]


"Azeri Retail” MMC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, "Azeri Retail” MMC-nin "Səbət” marketlər şəbəkəsində yol verilmiş qanun pozuntuları barədə həmin cəmiyyətdən daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Araşdırmalar zamanı cəmiyyətin "Səbət” marketlər şəbəkəsinin müdiri vəzifəsində işləmiş Seymur Məmmədov və Rac Heydərov qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq külli miqdarda vəsait mənimsəməkdə günahlandırılırlar. Onlar maddi məsuliyyətlərinə verilmiş malların satışından əldə edilən 102.973 manat məbləğində vəsaiti mənimsəyərək cəmiyyətə külli miqdarda ziyan vurublar. Bu fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA