Hacı Şahin MTN-in əməliyyatından danışdı

img

23-11-2013 [13:21]


"Bilirdim ki, hüquq-mühafizə orqanları bu məsələ ilə məşğul idilər”.  

Bu barədə Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli Publika.Az -a açıqlamasında sosial şəbəkələrdə onu ölümlə təhdid edən radikal dini qruplaşmanın MTN tərəfindən zərərsizləşdirilməsinə münasibət bildirərkən deyib.

O, bu çağırışın nə qədər ciddi olub-olmadığını dəqiq bilməsə də, dövlətin bu məsələni nəzarətdə saxladığından əmin imiş.

"Cəmi bir dəfə sosial şəbəkələrdə ölümlə təhdid etdilər, amma ondan sonra şəxsi ünvanıma heç bir təhdid gəlməyib. Bununla bağlı məlumatlar mətbuatda geniş dərc olunmuşdu. Özüm hüquq-mühafizə orqanlarına müraciət etməsəm də, əmin idim ki, müvafiq qurumlar bunu nəzarətdə saxlayırlar”-deyə təhdid olunan ilahiyyatçı bildirib.

Hacı Şahin Həsənli qeyd edib ki, onun təhlükəsizliyi də qorunurmuş: "Bununla bağlı mənə məlumat verilməmişdi. Amma bilirdim ki, kənardan təhlükəsizliyim də qorunur və bütün bu məsələlər nəzarətdə saxlanılır”.

Axund bildirib ki, o ölkədə deyil, hazırda İstanbulda beynəlxalq konfransdadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA