"Yuventus" Türkiyə millisinin daha bir üzvünü transfer etmək istəyir

img

16-11-2020 [14:18]


İtaliya "Milan"ında çıxış edən Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu klubunu dəyişə bilər.

"Tuttosport" xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Yuventus"un maraq dairəsindədir.

Milan təmsilçisi türkiyəli oyunçu ilə müqaviləni yeniləmək barədə razılığa gələ bilmir. Bu səbəbdən onu heyətinə qatmaq istəyən klublar daha da fəallaşıb.

"Yuventus" Çalhanoğlunu qışda ilkin müqaviləyə, yay transfer dönəmində isə transfer üçün razı salmağa çalışır. İspaniya "Atletiko"su da yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Qeyd edək ki, Hakan Çalhanoğlunun "Milan"la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. "Yuventus"da Türkiyə millisinin daha bir futbolçusu Merih Demiral da çıxış edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA