Millətlər Liqası: Rumıniya – Norveç oyunu baş tutmayacaq

img

15-11-2020 [14:25]


Millətlər Liqasının Rumıniya – Norveç oyunu baş tutmayacaq.

Məlumatına görə, bu barədə qərarı UEFA verib.

Qurum buğun keçirilməli olan qarşılaşmanı ləğv edib. Görüşlə bağlı məsələ UEFA-nın Nəzarət, Etika və İntizam orqanına verilib. Bu komitə İcraiyyə Komitəsinin avqustun 29-da çıxardığı milli komandaların oyunlarına tətbiq olunan xüsusi qərara əsasən addım atacaq.

Qeyd edək ki, matçın baş tutmaması qonaqların oyuna yollanmaması ilə bağlıdır. Bir müddət əvvəl futbolçuların birində koronavirus aşkarlandığından bütün komanda karantinə alınıb. Bu səbəbdən də Norveç Futbol Federasiyası səhiyyə nazirliyinə müraciət edib və sonuncular komandanın ölkə xaricinə çıxmasına qadağa qoyub. Skandinaviyalıların üç gün sonra Avstriya ilə keçirəcəyi matçın taleyinə isə hələ aydınlıq gəlməyib/ApaSport


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA