Avropa çempionatı: Azərbaycan millisi oyunun əsas vaxtına əlavə edilmiş dəqiqədə qapısından qol buraxdı

img

13-11-2020 [00:00]


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Mia.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv İsveçrənin qonağı olub.

Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 22-ci dəqiqədə qonaq komandadan Ozan Can Kökçü açıb. 49-cu dəqiqədə Bastien Toma bərabərlik qolunu vurub.

Oyunda son nöqtəni isə 90+1-ci dəqiqədə Filip Stojilkoviç qoyub.

Hazırda Azərbaycan yığması 2-ci qrupda 6 xalla 6 komanda arasında 5-ci yerdə qərarlaşıb. Lakin 3 xalla son pillədə olan Lixtenşteynin ehtiyatda bir oyunu var. İsveçrə isə 9 oyundan 24 xalla 1-ci yerdə gedir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA