Azərbaycan millisinin cüdoçusu koronavirusa yoluxub

img

12-11-2020 [17:27]


Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov koronavirusa yoluxub.

Bu barədə 23 yaşlı idmançının özü məlumat verib. 

81 kq çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, noyabrın 2-də ondan götürülmüş testin nəticəsi müsbət olub. Heydərov növbəti dəfə test verəcəyini söyləyib: "Hazırda özümü yaxşı hiss edirəm. Sabah növbəti dəfə testdən keçəcəyəm. Ümid edirəm ki, onun nəticəsi mənfi olacaq".

Cüdoçu müalicəsinə köməklik göstərdiyi üçün federasiyaya təşəkkür edib.

Qeyd edək ki, Hidayət Heydərov Azərbaycan millisinin noyabrın 19-da Çexiyanın paytaxtı Praqada start götürəcək Avropa çempionatı üçün açıqlanmış heyətində yer almayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA