"Rusiya helikopterinin vurulması ilə bağlı cinayət işi açılıb" - Prokurorluqdan daha bir açıqlama
10-11-2020 [17:23]
Xəbər verildiyi kimi, noyabrın 9-da saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulması nəticəsində 2 hərbi qulluqçu həlak olmuş, 1 nəfər isə yaralanıb.
Baş Prokurorluğun Mətbuat xidmətinindən Mia.az-a verilən məlumata görə, həmin faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən dərhal araşdırmalara başlanılıb və baş vermiş hadisənin təfərrüatlarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Baş Prokuror tərəfindən 09.11.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və istintaqın aparılması Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna həvalə edilib.
Cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən hərbi mütəxəssislərin iştirakı ilə raketin atıldığı qurğuya, habelə informasiya sistemlərinə baxış keçirilib, raketin atıldığı hərbi hissənin hərbi qulluqçuları dindirilib, zəruri olan sənədlər götürülmüş və digər lazimi istintaq hərəkətləri həyata keçirilib.
Hazırda qeyd edilən fakta görə təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Həmin cinayət faktı ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnova rəsmi məktub ünvanlayıb, eyni zamanda aralarında telefon danışığı baş tutub.
Telefon əlaqəsi zamanı Baş Prokuror hadisə nəticəsində həlak olanlarla bağlı rusiyalı həmkarına baş sağlığı verməklə yaralı hərbi qulluqçuya şəfa diləmiş, həmçinin başlanmış cinayət işi üzrə həyata keçirilən ilkin istintaq hərəkətləri barədə həmkarını məlumatlandırmaqla, tam, obyektiv və hərtərəfli istintaq aparılmasında əmin edib.
Rusiya Federasiyasının Baş Prokuroru öz növbəsində həmin faktla bağlı tərəflərindən də cinayət işinin başlanaraq istintaq aparılmasını və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə istintaqın əlaqəli şəkildə aparılmasının işin səmərəliliyin artırılmasına xidmət edəcəyini qeyd edib.
İqor Krasnov Azərbaycan tərəfinin hadisə ilə bağlı təxirəsalınmaz reaksiya verərək zəruri tədbirlərin görülməsinə görə öz təşəkkürünü bildirib.
Bundan başqa, Rusiya Federasiyasının Baş Prokuroru imzalanmış 10.11.2020-ci il tarixli üçtərəfli bəyanatla bağlı öz məmnunluğunu ifadə edərək bəyanatda əks etdirilmiş müddəaların icrasının tərəflərin, o cümlədən Azərbaycan xalqının maraqlarına xidmət edəcəyini qeyd etməklə, sülhməramlı qüvvələrin regionda yerləşdirilməsinin sülh və əminamanlığın bərqərar olmasında səmərəli rol oynayacağına ümidvar olduğunu xüsusilə vurğulayıb.
Kamran Əliyev və rusiyalı həmkarı ölkələrimizin prokurorluqları arasında olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin bütün istiqamətlərdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirib.
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
“Nar”ın “Çoox Şanslı” lotereyası möhtəşəm finalla yekunlaşdı - “Li L9 Ultra” avtomobili sahibini tapdı
Dövlət Agentliyi "Azəriqaz"ın tələbini rədd etdi
Dövlət Xidmətinin əməkdaşları təltif edildi - Sərəncam
Bakının oğurluq edən qadın saxlanılıb
"17 milyon az məbləğ deyil, böyük vəsaitdir" - Elmar Məmmədyarov
Azərbaycana deport olunan Gültəkin Hacıbəyliyə niyə zəng çatmır? - SABİQ DEPUTAT HƏBS EDİLMƏYİB (YENİLƏNİB)
Energetika naziri İran səfiri ilə müzakirə aparıb - Açıqlama
"Artıq Mərkəzi Bank da bu "Bank Respublika" ilə bacarmır" - Şikayətçi depozitini ala bilmir
ƏLİ KƏRİMLİ BELƏ SAXLANILIB - Video
Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib
Mahir Səfərli yeni vəzifəyə təyin edildi
Tələbə "Anamla bələdiyyə sədri gizli sevgilidir" dedi, məhkəməlik oldu - Türkiyədə + FOTOLAR
Fermerlərə subsidiya ödənişləri başlayır - Açıqlama
Milli Şura necə və niyə yaranıb? - İttiham aktı
RAMİZ MEHDİYEVİN EVİNDƏN 17 MİLYON NAĞD PUL ÇIXDI - VİDEO
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov.. - DTX həbsin şok detalları və gizli səs yazılarını yaydı (VİDEO)
Leyla Əliyeva bu görüntüləri paylaşdı - VİDEO
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Arda Gülər "Real"da sıxşdırılır - "Orada bir qrup var ki...."
Sabah hava necə olacaq? - Proqnoz
"Fənərbağça"ya rəqib klubda ara qarışdı - 3-cü Baş məşqçi də qovuldu
"Elm və Təhsil Fondu"nun qrant müsabiqəsinin qalibləri - SİYAHI
Martda daha bir gün rəsmi iş olmayacaq - DƏYİŞİKLİK
Fəlsəfə doktoru imtahanı keçiriləcək
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
“Gemini” süni intellekt modeli Azərbaycan dilində istifadəyə verilib
Keçmiş başçısının ölkədən çıxışına qadağa ləğv olunub
Nazir "Qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi
Bakıda ictimai yerdə əxlaqsız videolar çəkən şəxs həbs edilib
Dövlət İmtahan Mərkəzi məlumat yayıb
Bakıda atletlərin ölkə birinciliyi keçriiləcək
"Temu" "endirim kartları"nı blokladı
Bakıda ər-arvad dəm qazından zəhərlənib
Rusiya Kiyev və bölgələrə zərbələr endirir - Açıqlamalar
Miflər və Arxivlər: Qərbin qadın hekayəsi
Azərbaycan nefti daha bir dollar qalxdı - 72 dollardan satılır
Zelenski: "Yalnız Tramp Putini güzəştə məcbur edə bilər"
Qurban Qurbanov ağdamlılarla qohum olub - Özəl xəbər + FOTOLAR