Rusiya Polşaya satdığı qazı bahalaşdırmaq istəyir

img

10-11-2020 [12:22]


Rusiyanın təbii qaz inhisarçısı “Qazprom” şirkəti Polşaya satdığı "mavi yanacağ"ın qiymətinə yenidən baxılması üçün qarşı tərəfə,PGNIG konserninə müraciət edib.

 TASS xəbər verir ki, bu barədə Polşa konserni məlumat yayıb.

Məlumata görə, bununla bağlı müraciət “Qazprom” və onun törəməsi - “Qazprom Eksport” şirkətlərindən noyabrın 9-da qəbul edilib. Bu müraciətdə tərəflər arasında 25 sentyabr 1996-cı il tarixində imzalanmış Yamal müqaviləsi çərçivəsində satılan qazın qiymətinə yenidən baxılması (başqa sözlə qazın bahalaşdırılması) təklif olunur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA