Bəylər Əyyubovun bacısı oğlunun məhkəməsi 4-cü dəfə təxirə salındı

img

22-11-2013 [09:54]



Prezidentin mühafizə xidmətinin rəisi, general Bəylər Əyyubovun bacısı oğlu Osman İsayev və onun dostları Xətai rayon Məhkəməsinin sentyabrın 17-də çıxardığı hökmdən verdikləri şikayətə  Bakı Apellyasiya Məhkəməsində yenə də baxılmayıb.

 Mia.az-ın xəbərinə görə, noyabrın 19-na təyin edilmiş proses bu dəfə dekabrın 10-na təxirə salınıb. İşin artıq 4-cü dəfə təxirə salınması isə ortaya yeni şübhələr çıxarıb. İddialara görə, bu məsələ Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi də çətin vəziyyətdə qoyub. O, bu işə baxan hakim Əmir Bayramova da qərarla bağlı son sözünü deyə bilmir. Buna görə də, prosesi uzadaraq vaxt udmağa çalışırlar. Zamanın isə ən böyuk "dərman” olacağını düşünən İman Nağıyev, bununla həm də bəzi qaranlıq məqamların "durulması"nı gözləyir: "Görünür, o, generalın məsələyə baxışını dəqiqləşdirməyə çalışır”

Onu da qeyd edək ki, Xətai rayon Məhkəməsinin hökmü ilə "OMİS” MTK-nın sədri Osman İsmayıl oğlu İsayev, onun əmisi oğlu Sultan Xalid oğlu İsayev, Amil Malik oğlu Şirəliyevin barəsində 2 il, Rauf Orxan oğlu Həsənlinin haqqında  isə 3,6 il həbs cəzası çıxarılıb.

  Məlumatda o da bildirilir ki, hal-hazırda tutulanlar haqda şikayətçi də yoxdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA