Rusiya Futbol İttifaqı iki referini cəzalandırıb

img

09-11-2020 [16:57]


Rusiya Futbol İttifaqının (RFS) Hakimlər Komitəsi iki referini cəzalandırıb.

Məlumata görə, Mixail Vilkov və Vladislav Bezborodov "Krasnodar"ın qalmaqallı oyunlarındakı qərəzli idarəçiliyə görə ilin sonunadək hakimlikdən kənarlaşdırılıb.

Vilkov "Rubin"lə (3:1), Bezborodov isə Moskva "Lokomotiv"i ilə (1:3) matçdakı kobud səhvləri səbəbindən bu cəzaya məruz qalıblar. Sonuncu oyunda VAR hakimi olan Kirill Levnikova isə yüngül cəza verilib.

Qeyd edək ki, Vilkov həmçinin "Rubin"in şikayətinə baxılarkən Nizam-İntizam Komitəsinin üzvlərini yoldan çıxardığını etiraf edib. Bundan sonra Apellyasiya Komitəsi federasiyadan referiyə sanksiya tətbiq olunmasını tələb edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA