"Keşlə" "Qəbələ"ni məğlub etdi

img

07-11-2020 [15:52]


Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Turun ilk matçında "Keşlə" "Qəbələ"ni qəbul edib. "ASK Arena"dakı qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab 32-ci dəqiqədə açılıb. Nikolas Raysel "Qəbələ"ni önə keçirib. 41-ci dəqiqədə Sezar Meza Kolli tarazlığı bərpa edib. 75-ci dəqiqədə Asif Məmmədov avtoqol müəllifi olub. 90-cı dəqiqədə isə Silvio Rodriqes oyunda son nöqtəni qoyub.

"Keşlə" qələbə sayəsində xallarının sayını 12-ə yüksəldib və 5-ci sıradakı yerini möhkəmləndirib. "Qəbələ" isə 8 xalla 6-cı pillədə qalıb.

Qeyd edək ki, günün digər matçında "Səbail" "Sumqayıt"ı qəbul edəcək. IX tura noyabrın 8-də keçiriləcək "Neftçi" - "Qarabağ" və "Sabah" - "Zirə" matçları ilə yekun vurulacaq./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA