Gürcüstanın iri şəhərlərində məhdudiyyətlər artırılır

img

07-11-2020 [14:29]


Gürcüstanda hazırkı epidemioloji vəziyyət nəzərə alınmaqla əlavə məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edilib.

Qərara əsasən, noyabrın 9-dan etibarən iri şəhərlərdə - Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Potidə saat 22:00-dan 05:00-dək piyadaların və avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudiyyətlər beynəlxalq yük daşımalarına şamil olunmayacaq.

Adıçəkilən şəhərlərdə uşaq bağçaları da müvəqqəti bağlanacaq, həmçinin ictimai nəqliyyatda sərnişin sıxlığının aradan qaldırılması üçün xüsusi tədbirlər görüləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA