Gürcüstanda hakimiyyəti devirmək faktı üzrə istintaq aparılır

img

06-11-2020 [21:18]


Gürcüstanda hakimiyyəti devirmək faktı üzrə istintaq aparılır.

Bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.

Qeyd olunub ki, bir sıra şəxslər parlament seçkilərində arzuolunmayan nəticələr əldə ediləcəyi təqdirdə hakimiyyəti zorla devirməyi planlaşdırıblar və bu məqsədlə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları, hərbi qulluqçulardan ibarət mobil qruplar formalaşdırıblar.

DTX oktyabrın 1-dən başlanılan istintaq çərçivəsində sübutların əldə edilməsi və təqsirkarların müəyyən olunması üçün intensiv araşdırma işlərini davam etdirir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA