Əli Əsədov: "MDB çərçivəsində əməkdaşlıq Qarabağ münaqişəsi nizamlanmadan mümkün deyil”

img

06-11-2020 [14:20]


“Azərbaycan MDB ölkələri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”.

Bunu Azərbaycanın Baş naziri Əli Əsədov bu gün MDB ölkələri hökumət başçılarının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.

O, Azərbaycanın MDB ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib: “Lakin qeyd etmək lazımdır ki, MDB çərçivəsində çoxtərəfli formatda əməkdaşlıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan mümkün deyil”.

Baş nazir sentyabrın 27-də başlayan hərbi əməliyyatlar barədə də iclas iştirakçılarını məlumatlandırıb. Ə. Əsədov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc şəhərlərinə ballistik raket zərbələri endirməsi nəticəsində dinc sakinlərin həlak olduğunu qeyd edib.

“MDB ölkələrini Ermənistanın Azərbaycanın dinc vətəndaşlarına qarşı keçirdiyi hərbi fəaliyyəti qınamağa çağırıram”, - deyə Baş nazir vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA