Komendant saatında Bakı buxtasında qanunsuz balıq ovu edənlər saxlanılıb
05-11-2020 [14:58]
Müvafiq icazələri olmadan qanunsuz olaraq balıqçılıqla məşğul olan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktik və nəzarət tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, həyata keçirilən sonuncu tədbir zamanı Bakı buxtası ərazisində gecə saatlarında komendant saatının tələblərini kobud şəkildə pozaraq balıq ovunun qadağan edildiyi xüsusi strateji obyektlərin yaxınlığında bu əməllərlə məşğul olan iki nəfər saxlanılıb.
Belə ki, Su Nəqliyyatında Polis İdarəsinə həmin şəxslərin xüsusi motorla təchiz edilmiş qayıqla Dənizkənarı Milli Parkın sahilində dövrə vuraraq şübhəli hərəkətlər etməsi barədə məlumat daxil olub. Dərhal idarənin əməkdaşları tərəfindən həmin şəxslərin saxlanılması istiqamətində operativ tədbirlər görülüb. İdarədə araşdırma aparılan zaman onların Astara rayon sakinləri Vüsal Quliyev və qohumu Natiq İsgəndərov olduğu müəyyən edilib. Həmin şəxslər ifadələrində Suraxanı rayonu Hövsan qəsəbəsində yaşadıqlarını və Dənizkənarı Milli Parkın sahilinə balıq ovlamaq üçün gəldiklərini bildiriblər.
Baxış zamanı həmin şəxslərdən qanunsuz balıq ovu ilə məşğul olan zaman istifadə etdikləri qayıq, 350 metr tor, balıqovlama alətləri və qanunsuz olaraq tutduqları 100-ə yaxın müxtəlif növ balıq aşkar olunaraq götürülüb. Sorğu zamanı bu şəxslərin heç birinin balıqovlama biletinin və idarə etdikləri qayığın isə qeydiyyatının olmadığı da məlum olub.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyən edilən çəkidə və qaydalarda balıq tutmaqla məşğul olmaq mümkündür. Dənizdə və su hövzələrində tor qurmaq və elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq isə qanunla qəti qadağan olunub. Qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq ediləcək. Sonda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
“Nar”ın “Çoox Şanslı” lotereyası möhtəşəm finalla yekunlaşdı - “Li L9 Ultra” avtomobili sahibini tapdı
Dövlət Agentliyi "Azəriqaz"ın tələbini rədd etdi
Dövlət Xidmətinin əməkdaşları təltif edildi - Sərəncam
Bakının oğurluq edən qadın saxlanılıb
"17 milyon az məbləğ deyil, böyük vəsaitdir" - Elmar Məmmədyarov
Azərbaycana deport olunan Gültəkin Hacıbəyliyə niyə zəng çatmır? - SABİQ DEPUTAT HƏBS EDİLMƏYİB (YENİLƏNİB)
Energetika naziri İran səfiri ilə müzakirə aparıb - Açıqlama
"Artıq Mərkəzi Bank da bu "Bank Respublika" ilə bacarmır" - Şikayətçi depozitini ala bilmir
ƏLİ KƏRİMLİ BELƏ SAXLANILIB - Video
Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib
Mahir Səfərli yeni vəzifəyə təyin edildi
Tələbə "Anamla bələdiyyə sədri gizli sevgilidir" dedi, məhkəməlik oldu - Türkiyədə + FOTOLAR
Fermerlərə subsidiya ödənişləri başlayır - Açıqlama
Milli Şura necə və niyə yaranıb? - İttiham aktı
RAMİZ MEHDİYEVİN EVİNDƏN 17 MİLYON NAĞD PUL ÇIXDI - VİDEO
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov.. - DTX həbsin şok detalları və gizli səs yazılarını yaydı (VİDEO)
Leyla Əliyeva bu görüntüləri paylaşdı - VİDEO
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Arda Gülər "Real"da sıxşdırılır - "Orada bir qrup var ki...."
Sabah hava necə olacaq? - Proqnoz
"Fənərbağça"ya rəqib klubda ara qarışdı - 3-cü Baş məşqçi də qovuldu
"Elm və Təhsil Fondu"nun qrant müsabiqəsinin qalibləri - SİYAHI
Martda daha bir gün rəsmi iş olmayacaq - DƏYİŞİKLİK
Fəlsəfə doktoru imtahanı keçiriləcək
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
“Gemini” süni intellekt modeli Azərbaycan dilində istifadəyə verilib
Keçmiş başçısının ölkədən çıxışına qadağa ləğv olunub
Nazir "Qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi
Bakıda ictimai yerdə əxlaqsız videolar çəkən şəxs həbs edilib
Dövlət İmtahan Mərkəzi məlumat yayıb
Bakıda atletlərin ölkə birinciliyi keçriiləcək
"Temu" "endirim kartları"nı blokladı
Bakıda ər-arvad dəm qazından zəhərlənib
Rusiya Kiyev və bölgələrə zərbələr endirir - Açıqlamalar
Miflər və Arxivlər: Qərbin qadın hekayəsi
Azərbaycan nefti daha bir dollar qalxdı - 72 dollardan satılır
Zelenski: "Yalnız Tramp Putini güzəştə məcbur edə bilər"
Qurban Qurbanov ağdamlılarla qohum olub - Özəl xəbər + FOTOLAR