Azərbaycanın üçqat dünya çempionunun növbəti rəqibi bəlli olub

img

05-11-2020 [14:08]


Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun peşəkar rinqdəki növbəti rəqibi bəlli olub.

Məlumata görə, həvəskarlar arasında üçqat dünya çempionu olan idmançımız 3-cü döyüşünü noyabrın 27-də keçirəcək.

Ağır çəkidə mübarizə aparan Məhəmmədrəsul Puerto-Riko təmsilçisi Sahret Delqado ilə görüşəcək.

8 raundluq qarşılaşma ABŞ-da təşkil olunacaq. Döyüş Hollivuddakı “Seminole Hard Rock Hotel and Casino”da baş tutacaq.

Qeyd edək ki, indiyədək iki peşəkar döyüş keçirən Məcidov Ed Funten və Tom Littlə qalib gəlib. Onun rəqibinin hesabında isə 8 qələbə var/ApaSpor


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA