SOCAR Ukraynada daha 3 yanacaqdoldurma məntəqəsi açacaq
04-11-2020 [16:58]
Bu ilin sonuna qədər “SOCAR Energy Ukraine” 3 yanacaqdoldurma məntəqəsinin açılışını nəzərdə tutur.
Bunu Ukrayna mətbuatına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkətinin pərakəndə satış istiqaməti üzrə direktoru İqor Orlov bildirib.
Onun sözlərinə görə, növbəti illə bağlı planlar isə koronavirus pandemiyasının gedişatı ilə bağlı olacaq.
İ. Orlov bildirib ki, əsas məqsəd milyonlarla əhalisi olan şəhərlərdə yanacaqdoldurma məntəqələrinin açılmasıdır: “Biz YDM şəbəkəsini Dnepropetrovsk, Lvov, Xarkov və təbii ki, paytaxt Kiyevdə inkişaf etdirəcəyik. Nəzərə alsaq ki, bu gün şirkətin Ukraynada 55 ədəd yanacaqdoldurma məntəqəsi mövcuddur, biz bu bazarda çox da böyük olmayan paya malikik. Şirkətin bazardakı payı təxminən 2,5-3% təşkil edir”.
İ. Orlov deyir ki, şirkət 2021-ci ildən başlayaraq hazırda mövcud olan elektrik enerjisi doldurulma məntəqələrinin sayını 2 dəfə artırmağı planlaşdırır: “Bu, çox güman ki, Ukraynadakı elektrik avtomobillərinin sayından və infrastrukturun inkişafından asılı olacaq. Hazırda elektrik avtomobillərin sahibləri milyonla əhalisi olan iri şəhərlərdə yaşayırlar. Hazırda şirkətin 5 ədəd elektrik enerjisi ilə doldurulan yanacaqdoldurma məntəqələri mövcuddur ki, bunlardan da 3 ədədi Kiyev-Odessa və Kiyev-Lvov yolunda yerləşirlər”.
“SOCAR Energy Ukraine”nin rəsmisi bildirib ki, şirkət 5 ədəd yanacaqdoldurma kompleksini satıb: “Bu YDM-lər Nikolayev vilayətindəki trasda yerləşirdi və zərərlə çalışırdı. Biz bu YDM-lərə müxtəlif təcrübə variantları, yeni məhsullar əlavə etsək də, bu yanacaqdioldurma məntəqələri qeyri-rentabelli idilər. Bu yanacaqdoldurma komplekslər isə “BRSM-Nafta” şirkətinə satılıb”.
Qeyd edək ki, SOCAR-ın Ukraynadakı nümayəndəliyi olan “SOCAR Energy Ukraine” şirkəti 2008-ci ildə açılıb. Hazırda şirkətin Ukraynanın 11 vilayətində 55 ədəd müasir yanacaqdoldurma kompleksləri fəaliyyət göstərir. Həmçinin, Ukraynada yaradılan “SOCAR Ukraine” Ticarət Evi ölkəyə təbii qaz idxal edən ən iri özəl idxalçılardan biri olub/Report.
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici İşlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - Direktor TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqladı və...
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN