Vergi və gömrüklə bağlı hansı güzəştlər olacaq? - Qaydalar təsdiqləndi
04-11-2020 [16:46]
Nazirlər Kabineti “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib.
Mia.az xəbər verir ki, qaydalara əsasən, vergi və gömrük sahəsində qüvvədə olan və ya təklif olunan güzəşt və azadolmaların səmərəliliyi qiymətləndiriləcək.
Güzəştlərin səmərəliliyi büdcə, iqtisadi və sosial baxımdan güzəştlərin qiymətləndirilən ölçüsü, büdcə səmərəliliyi güzəştlərin vergi və dövlət büdcəsinə daxil olan digər icbari ödənişlərə təsirinin qiymətləndirilməsi ölçüsü, iqtisadi səmərəlilik güzəştlərin bu Qaydalarda qeyd olunan iqtisadi göstəricilərə təsirinin qiymətləndirilməsi ölçüsü, sosial səmərəlilik güzəştlərin bu Qaydalarda qeyd olunan sosial göstəricilərə təsirinin qiymətləndirilməsi ölçüsüdür. Maliyyə Nazirliyi vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi (Güzəştlərin Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi) vasitəsilə vergi və gömrük sahəsində qüvvədə olan və ya təklif olunan güzəştlərin səmərəliliyinin qiymətləndirilməsini həyata keçirir. Maliyyə Nazirliyi tərəfindən güzəştlərin səmərəliliyinin qiymətləndirilməsinə dair arayış bu Qaydalara uyğun olaraq, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. Güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi mərhələləri aşağıdakılardır:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”na uyğun olaraq Güzəştlərin Mərkəzləşdirilmiş Elekton Reyestr Sistemində məlumatların toplanması;
- Güzəştlərin Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi vasitəsilə güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi və nəticələrinin təhlili;
- qiymətləndirmənin nəticələrinin növbəti illər üzrə büdcə- vergi siyasətinin əsas istiqamətlərində nəzərə alınması və normativ hüquqi aktların layihələrinin hazırlanması.
Qüvvədə olan güzəştlərin səmərəliliyinin qiymətləndiril- məsi hesabat ilindən sonraki ilin iyul ayının 10-dək həyata keçirilir. Qanunvericiliyə yeni təklif olunan güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi aşağıdakı müddətlərdə həyata keçirilir:
- gömrük rüsumlarından, habelə Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Nazirlər Kabinetinin Qərarı ilə əlavə dəyər vergisindən və aksiz vergisindən azad olunan mallar üzrə təklif təqdim edildiyi tarixdən 1 ay müddətində (əlavə məlumatların alınmasına ehtiyac yarandıqda, müddət əlavə bir ayadək uzadılır);
- nəzərdə tutulmayan digər vergi güzəştlərinə münasibətdə növbəti ilin büdcə zərfi çərçivəsində.
Güzəştlərin büdcə, iqtisadi və sosial baxımdan səmərə- liliyinin qiymətləndirilməsi zamanı aşağıdakı göstəricilərdən istifadə olunur:
- büdcə səmərəliliyi göstəriciləri:
- güzəşt üzrə hesablanmış büdcə itkisi;
- iqtisadi fəaliyyət sahəsi və güzəştdən istifadə edən vergi ödəyiciləri üzrə vergi və dövlət büdcəsinə daxil olan digər icbari ödənişlər;
- güzəştdən istifadə edən şəxslərin sayı;
- iqtisadi səmərəlilik göstəriciləri:
- əlavə dəyər (istehsal);
- istehlak;
- iqtisadi fəaliyyət sahəsi üzrə ÜDM-in deflyator indeksi;
- malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə edilən gəlir (dövriyyə);
- mənfəət (gəlir)/zərər;
- borc;
- idxal;
- ixrac;
- torpaq sahəsi;
- əmlakın orta illik dəyəri (o cümlədən əsas kapitala yönəldilən investisiya);
sosial səmərəlilik göstəriciləri:
- işçilərin sayı;
- əməkhaqqı fondu.
Qqeyd olunan göstəricilər Güzəştlərin Mərkəzləşdirilmiş Elektron Reyestr Sisteminə ötürülən aşağıdakı məlumat mənbələrindən əldə edilir:
Qüvvədə olan güzəştlər üzrə:
- İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən ölkənin iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi proqnoz göstəriciləri;
- İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən bəyannamə məlumatları əsasında vergi növləri, iqtisadi fəaliyyət növləri, neft-qaz və qeyri-neft-qaz sektorları, mülkiyyət növləri və vergi ödəyicilərinin kateqoriyaları üzrə güzəşt verilən vergitutma bazası;
- Dövlət Statistika Komitəsinin statistik məlumatları;
- Dövlət Gömrük Komitəsinin idxal- ixrac əməliyyatlarına dair göstəriciləri (güzəşt verilmiş xarici ticarət fəaliyyətinin iştirakçıları, güzəşt verilmiş xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə gömrük dəyəri, gömrük ödənişləri);
- Maliyyə Nazirliyinin dövlət gəlirlərinin proqnozlaşdırılmasına və güzəştlər üzrə hesablanmış büdcə itkilərinə dair məlumatları;
- büdcə təşkilatlarının, büdcədənkənar dövlət fondlarının, publik hüquqi şəxslərin və digər hüquqi və fiziki şəxslərin məlumatları;
- vergi və gömrük güzəştləri üzrə müraciət formasına uyğun olaraq, büdcə təşkilatları, büdcədənkənar dövlət fondları və publik hüquqi şəxslər, habelə digər hüquqi və fiziki şəxslər tərəfindən təklif olunan güzəştlər üzrə Güzəştlərin Mərkəzləşdirilmiş Elektron Reyestr Sisteminə ötürülən əsaslandırılmış məlumatlar.
Güzəştlərin iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsində güzəştlərin növündən və iqtisadi fəaliyyət sahəsindən asılı olaraq ən azı 3 göstəricidən istifadə edilir. Bu zaman güzəşt tətbiq olunan vergi növü üzrə vergitutma obyektinə, gömrük rüsumları üzrə isə malların gömrük dəyərinə aid göstəricilər nəzərə alınır.
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici İşlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - Direktor TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqladı və...
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN