Qarabağda muzdlü kimi döyüşən “Zouaves Paris” qruplaşmasının liderinə cinayət işi açıldı - Rəsmi açıqlama + FOTO
04-11-2020 [14:49]
Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Fransa Respublikasının vətəndaşı, Parisdə zorakılığın əsas təhrikçisi olan Fransanın ekstremist “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri, özünü sosial şəbəkələrdə faşist adlandıran və terroristik qruplaşma olan “SS” faşist təşkilatının simvolikasından istifadə edən Marc de Cacqeray-Valmenier-in (Mark De Kakkere-Valmenirin) və digərlərinin Azərbaycan Respublikasının ərazisində törətdiyi cinayət əməllərinə dair toplanmış materiallar, habelə kütləvi informasiya vasitələri və sosial media səhifələrində aşkar edilmiş məlumatlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla qeyd olunan cinayətkar birlik və üzvlərinin 2020-ci ilin oktyabr ayında Ermənistanın aidiyyəti dövlət qurumlarının təşkilatçılığı və dəstəyi ilə Ermənistana gələrək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan digər şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik halında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.
Bundan başqa, cinayətkar birlik üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, habelə döyüş əməliyyatlarında iştirak etməyən dinc sakinlərə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Hal-hazırda qeyd edilən cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən Fransanın aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatət hazırlanır.
Eyni zamanda, xəbər verildiyi kimi, Ermənistan Respublikasının vətəndaşı Vladimir Vartanov və qeyrilərinin müxtəlif ölkələrin vətəndaşları olan erməni əsilli və digər şəxslərdən ibarət “VoMa” ("Voxj Mnalu Arvest" - sağ qalmaq sənəti) adı altında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, işğal olunmuş ərazilərimizdə terrorçuluq əməllərini törətmələrinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən başlanmış cinayət işi üzrə Vladimir Vartanov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.
Hazırda hər iki cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
“Nar”ın “Çoox Şanslı” lotereyası möhtəşəm finalla yekunlaşdı - “Li L9 Ultra” avtomobili sahibini tapdı
Dövlət Agentliyi "Azəriqaz"ın tələbini rədd etdi
Dövlət Xidmətinin əməkdaşları təltif edildi - Sərəncam
Bakının oğurluq edən qadın saxlanılıb
"17 milyon az məbləğ deyil, böyük vəsaitdir" - Elmar Məmmədyarov
Azərbaycana deport olunan Gültəkin Hacıbəyliyə niyə zəng çatmır? - SABİQ DEPUTAT HƏBS EDİLMƏYİB (YENİLƏNİB)
Energetika naziri İran səfiri ilə müzakirə aparıb - Açıqlama
"Artıq Mərkəzi Bank da bu "Bank Respublika" ilə bacarmır" - Şikayətçi depozitini ala bilmir
ƏLİ KƏRİMLİ BELƏ SAXLANILIB - Video
Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib
Mahir Səfərli yeni vəzifəyə təyin edildi
Tələbə "Anamla bələdiyyə sədri gizli sevgilidir" dedi, məhkəməlik oldu - Türkiyədə + FOTOLAR
Fermerlərə subsidiya ödənişləri başlayır - Açıqlama
Milli Şura necə və niyə yaranıb? - İttiham aktı
RAMİZ MEHDİYEVİN EVİNDƏN 17 MİLYON NAĞD PUL ÇIXDI - VİDEO
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov.. - DTX həbsin şok detalları və gizli səs yazılarını yaydı (VİDEO)
Leyla Əliyeva bu görüntüləri paylaşdı - VİDEO
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Arda Gülər "Real"da sıxşdırılır - "Orada bir qrup var ki...."
Sabah hava necə olacaq? - Proqnoz
"Fənərbağça"ya rəqib klubda ara qarışdı - 3-cü Baş məşqçi də qovuldu
"Elm və Təhsil Fondu"nun qrant müsabiqəsinin qalibləri - SİYAHI
Martda daha bir gün rəsmi iş olmayacaq - DƏYİŞİKLİK
Fəlsəfə doktoru imtahanı keçiriləcək
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
“Gemini” süni intellekt modeli Azərbaycan dilində istifadəyə verilib
Keçmiş başçısının ölkədən çıxışına qadağa ləğv olunub
Nazir "Qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi
Bakıda ictimai yerdə əxlaqsız videolar çəkən şəxs həbs edilib
Dövlət İmtahan Mərkəzi məlumat yayıb
Bakıda atletlərin ölkə birinciliyi keçriiləcək
"Temu" "endirim kartları"nı blokladı
Bakıda ər-arvad dəm qazından zəhərlənib
Rusiya Kiyev və bölgələrə zərbələr endirir - Açıqlamalar
Miflər və Arxivlər: Qərbin qadın hekayəsi
Azərbaycan nefti daha bir dollar qalxdı - 72 dollardan satılır
Zelenski: "Yalnız Tramp Putini güzəştə məcbur edə bilər"
Qurban Qurbanov ağdamlılarla qohum olub - Özəl xəbər + FOTOLAR