Avropa Liqası: “Sivasspor” və “Qarabağ”ın iştirak ərizələri açıqlandı

img

03-11-2020 [12:09]


Avropa Liqasının III turunun “Sivasspor” – “Qarabağ” oyununun iştirak ərizələri açıqlanıb.

Məlumata görə, İ qrupunun noyabrın 5-də keçiriləcək matçı ərəfəsində hər iki komandanın “23-lüy”ü bəlli olub.

Baş məşqçilər Rza Çalımbay və Qurban Qurbanov Sivasdakı Yeni 4 Eylül stadionunda təşkil olunacaq qarşılaşmadan iki gün öncə heyətləri müəyyənləşdirib.

“Sivasspor”:
Qapıçılar: 
25. Muammer Zülfikar, 30. Mamadu Samassa, 77. Muhammet Can Tuncer;
Müdafiəçilər: 3. Uğur Çiftçi, 4. Aaron Apindaqoye, 8. Robin Yalçın, 14. Samba Kamara, 58. Ziya Ərdal, 87. Marselo Qoyano, 88. Caner Osmanpaşa;
Yarımmüdafiəçilər: 5. İsak Kofie, 6. Klaudemir, 10. Yasin Öztəkin, 17. Ərdoğan Yeşilyurt, 19. Kubilay Eren Şahin, 37. Hakan Arslan;
Hücumçular: 2. Aruna Kone, 7. Maks-Alain Qradel, 9. Mustafa Yatabare, 11. Jorje Feliks, 29. Kasimir Rodriqe Ninqa, 76. Faysal Fayr, 80. Olarenvayu Kayode.
Baş məşqçi: Rza Çalımbay

“Qarabağ”:
Qapıçılar:
 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 94. Ayxan Arazlı;
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev, 77. Vild-Donald Gerye;
Hücumçular: 7. Ovusu Kvabena, 11. Mahir Emreli, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, Azərbaycan çempionunun Türkiyə təmsilçisi ilə qarşılaşması Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

ApaSport


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA