Repressiya ilində doğulan və 500-dən artıq mahnının müəllifi Emin Sabitoğlunun həyatı... - FOTOLAR
02-11-2020 [19:23]
Nəğmələrində “Bəzən bir ümid, bəzən göz yaşı gətirən bir çox məşhur nəğmələrin müəllifi, Azərbaycan Respublikasının xalq artisti, çoxsaylı Azərbaycan filmlərinin musiqilərinin bəstəkarı EMİN SABİTOĞLUNUN xatirə günüdür.
Gözəl mahnılar müəllifi, təkrarolunmaz melodiyalar ustası, Azərbaycan filmlərinin əsrarəngiz fon musiqilərinin mahir yaradıcısı bəstəkar Emin Sabitoğlu artıq 20 ildir ki, aramızda yoxdur. Onun hər bir mahnısı, hətta ən kiçik melodiyası belə parlaq bir lövhə, bitkin bir tablo idi. Təəssüf ki, parlaq melodiyalardan əsrarəngiz təsvirlər yaradan bu bəstəkar palitrasındakı rənglər tükənməmiş bu dünyadan köç etdi. Amma hər halda biz xoşbəxt insanlarıq ki, onun müasirləri olmuşuq, yaratdığı hər musiqi şedevrinin sevincini yarandığı zamanın içində yaşamışıq.
Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı-dramaturq SABİT RƏHMANIN ailəsində anadan olmuşdur.
Sabit Rəhman kimi tanınmış ədəbiyyat xadiminin ailəsində böyümək, evlərində daim məşhur şair və yazıçıları görmək, dinləmək sözsüz ki, Emin Sabitoğlunun insan və sənətkar kimi formalaşmasına böyük təsir göstərib.
İlk musiqi təhsilini onillik orta ixtisas musiqi məktəbinin fortepiano sinfində alan Emin Sabitoğlu daha sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə - dahi bəstəkar Qara Qarayevin sinfinə daxil olub.
İlk bəstələri 7-ci sinifdə – Midhət Əhmədovun uşaq yaradıcılığı sinfində oxuyarkən yaranıb. Sonra o, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə – dahi bəstəkar Qara Qarayevin sinfinə daxil olub, iki ildən sonra P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirərək görkəmli rus bəstəkarı, professor Y.Şaporinin sinfini “əla” qiymətlərlə bitirir.
Həmin dövrün başqa bir yaradıcılıq məhsulu skripka və fortepiano üçün poemadır. Sonrakı illərdə Emin Sabitoğlu uvertüra , kantata, romanslar silsiləsi də bəstələyir. Lakin tədricən onun yaradıcılığının başlıca hədəfi müəyyənləşir. O, əsas diqqətini mahnıya yönəldir.
Emin Sabitoğlu öz ilk nəğmələrini yazarkən artıq professional idi. O, 500-dən artıq mahnının müəllifidir.
Emin Sabitoğlu musiqisinə iki əsas cəhət xasdır. Birincisi, bəstəkar mahnılarının kədəridir. Lakin bu kədərdə bədbinlik yoxdur. İkincisi, bəstəkar musiqisinin sevincidir. Həm də burada sevincin müxtəlif çalarları – şuxluq, şıltaqlıq, xüsusi təravət nəzərə çarpır. Emin Sabitoğlu mahnılarının gücü onun qeyri-adi gözəlliyi ilə seçilən melodiyalarındadır. Özü də bu melodiyalar nə qədər sadə, nə qədər yığcamdırsa, bir o qədər təsirli və cazibədardır. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Kəpənək”, “Alagözlüm”, “Çiçək yağışı”, “Şükriyyə”, “Payız gəldi”, “Ağ çiçək”, “Sıravi Əhməd”, “Mən sizə gələcəm” və dillər əzbəri olan neçə-neçə mahıları həyatda olmasa da, onun yaradıcılığını əbədiyaşar edir.
Onun milli kinomuzun inkişafında da böyük zəhməti olmuşdur. Milli kinomuzda Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, T.Quliyev kimi nəhəng sənətkarlarla əsası qoyulan musiqi estetikası daha sonralar P.Bülbüloğlu, E.Sabitoğlu və digər bəstəkarların bacarığı sayəsində daha da inkişaf etmiş, filmlərin emosional dilini zənginləşdirmiş, bu filmlərin geniş tamaşaçı auditoriyası tərəfindən daha asan qavranılmasına şərait yaratmışdır.
İlk dəfə 1970-ci ildə “Bizim Cəbiş müəllim” bədii filminə musiqi bəstələyən E.Sabitoğlu sonralar 40-dan artıq kinoya musiqi tərtibatını vermişdir.
"Dədə Qorqud” filmində ulu babalarımız olan oğuz-türk tayfalarının qəhrəmanlıq ruhu, “Bizim Cəbiş müəllim” filmində İkinci Dünya müharibəsi illərində arxa cəbhədəki insanların psixoloji sarsıntıları, “Gün keçdi”, “Park”, “İstintaq”, “Təhminə”, “Ölsəm, bağışla... filmlərində qəhrəmanların mənəvi ehtiyacları, daxili hiss və həyəcanları, məhv olmuş arzuları kadrlardakı lirik melodiyalarda, ümumilikdə, filmin bədii təsir qüvvəsini möhkəmləndirir...
Sabit Rəhman kimi tanınmış ədəbiyyat xadiminin ailəsində böyümək, evlərində daim məşhur şair və yazıçıları görmək, dinləmək sözsüz ki, Emin Sabitoğlunun insan və sənətkar kimi formalaşmasına da böyük təsir göstərib.
Onun yaradıcılığı milli musiqi mədəniyyəti salnaməmizin dəyərli səhifələrini təşkil edir
E.Sabitoğlu 40 ildən artıq davam etmiş yaradıcılıq dövründə musiqinin müxtəlif janrlarında çalışıb. Lakin bəstəkar mahnı, musiqili komediya, kino və teatr musiqisi sahələrində xüsusilə məhsuldar işləyib.
Bəstəkarın mahnıları Şövkət Ələkbərova, Flora Kərimova, Rəşid Behbudov, Yalçın Rzazadə, Hüseynağa Hadıyev, Mirzə Babayev, Zeynəb Xanlarova, Akif İslamzadə, Xədicə Abbasova, Azər Zeynaov, Anatollu Qəniyev kimi dəyərli sənətkarların repertuarında aparıcı yer tutub.
Bəstəkarın musiqi yaradıcılığı ilə yanaşı, respublikamızda musiqiçi kadrların yetişdirilməsi sahəsindəki pedaqoji fəaliyyəti də səmərəli və təqdirəlayiq olub. O, uzun illər Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasında çalışaraq, müəllimlikdən Konservatoriyanın professorluğuna qədər yüksəlib.
Emin Sabitoğlu 1994-cü ildən ömrünün sonunadək Türkiyə Respublikasında öz pedaqoji fəaliyyətini davam etdirərək İstanbul Texniki Universitetinin «Türk xalq musiqisi» şöbəsində çalışıb.
Ömrünün son altı ilini Türkiyədə keçirən Emin Sabitoğlu 18 noyabr 2000-ci il tarixində Bakıda vəfat edib.
Emin Sabitoğlunun ilk həyat yoldaşı Cəmilə xanım olub. Onlar hələ kiçik yaşlarından tanış idilər, Bülbül adına məktəbdə bir sinifdə oxuyublar. Aralarındakı dostluq, sevgi münasibətləri də elə məktəb illərindən yaranmışdı.
Bülbül adına musiqi məktəbi qurtarandan sonra Emin və Cəmilə cütlüyü Konservatoriyaya daxil olur. 1962-ci ildə isə uzun müddət bir-birilərini sevən cütlük evlənirlər.
1964-cü ildə bu evlilikdən onların bir qız övladı dünyaya gəlib. Emin Sabitoğlu qızı Ceyranı öz sənəti, peşəkarlığı, musiqiyə münasibəti, davranışı və həyata baxışı ilə tərbiyə edib.
Görkəmli bəstəkarla bağlı bölüşülən xatirələrdə onun sakit və qapalı, eyni zamanda qayğıkeş, yorulmadan çalışqan insan olduğu bildirilir.
Musiqiçi Ceyran Mahmudova Emin Sabitoğlunun övladıdır.
Ceyran Mahmudovanın xatirələrindən: "Mən tək övlad olmuşam. Mənim tərbiyəmlə, təhsilimlə daha çox anam Cəmilə xanım məşğul olub. Atam gur yaradıcılıq həyatı yaşadığı üçün bu işə bilavasitə vaxt ayıra bilmirdi
...Atam çox istedadlı insan idi. Moskva Konservatoriyasına imtahan verərkən onun simfoniyası “əla” qiymətləndirilmişdi. Ötən əsrin altmışıncı illərində isə Moskvada “əla” qiymət almaq hər adamın işi deyildi...
Atamın sayəsində mən lap kiçik yaşlarımdan ən gözəl musiqi sədalarını dinləmişəm. Xüsusən, Üzeyir bəyin musiqisi evimizdən əskik olmurdu. Onun çevrəsi də çox maraqlı insanlardan ibarət idi. Anar, Vaqif Səmədoğlu, Araz Dadaşzadə... Ataların dostluğu övladlarına keçmişdi. Özü də onlar ədəbiyyat adamı, atam isə musiqiçi olduğu üçün söhbətləri lap yaxşı tuturdu. Evimizdə daim yeni bədii əsərin müzakirəsi olurdu....
... Emin Sabitoğlu nadir bəstəkarlardandı ki, onun mahnılarında melodiya ilə mətn arasında mütləq bir harmoniya var. Atam sanki bütünlüklə melodiyadan ibarət idi. Mahnılarını çox rahat bəstələyirdi. Vəzifəpərəst, intriqalara meylli insan olmadığı üçün fikri yalnız musiqi ilə məşğul idi. Əlinin altında nə olsaydı, notları onun üstünə qeyd edirdi. Hər dəfə də mahnı hazır olandan sonra bizim üçün çalırdı. Deyirdi, qulaq asın görün, hansısa başqa mahnıya oxşamır ki? Bu, onun üçün prinsipial məsələ idi – Heç kimə bənzəməmək...”.
Qeyd edək ki, mərhum bəstəkarın qızı Ceyran Mahmudova hazırda xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professorudur. Musiqişünas, eyni zamanda “Mədəniyyət kanalı”ndakı "Musiqi Xəzinəsi" verilişinin aparıcısıdır.
Həyatının sonrakı dönəmlərində Emin Sabitoğlu o vaxtların tanınmış müğənnisi Xədicə Abbasova ilə evlənsə də, heç vaxt ailəsini unutmadı
Emin Sabitoğlu birinci həyat yoldaşından ayrılsa da, onunla, çox istədiyi yeganə övladı Ceyran Mahmudova ilə əlaqəni heç vaxt kəsmədi...
Qızı Ceyran xanımın sözlərinə görə, ömrünün son altı ilini Türkiyədə yaşayan Emin Sabitoğlu o illərdə hər bazar günü Bakıya zəng edib onların dolanışığı, səhhəti ilə maraqlanırmış.
Son söz yerinə:
Hərə Tanrının bəxş etdiyi bir ömür yaşayır. Vacib olanı bu ömür payında onun insanlara verdiyi dəyər və geridə qalanlardır.
Emin Sabitoğlu da özünün həqiqət, doğru bildiyi bir yolla getdi, bir ömür yaşadı. Yaşadı və bizlərə, gələcək nəsillərə müəllifi olduğu təkrarsız musiqi və gözəl nəğmələri qoyub getdi və bu nəğmələrlə də yaddaşlarda qaldı, ürəklərdə, könüllərdə işıqlı, zərif hisslər bəxş etdi...
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Ata bir komandada baş məşqçi, oğul digərində futbolçu... - "Alanyaspor" tək qolla qalib gəldi
Axtarışda olan partiya sədri Türkiyədə tutuldu - 14 yaşlı qızı və 74 yaşlı qadını...
Partiya sədri bir ayın içində həm atasını, həm də anasını itirdi
Zelenski Makronla telefonda danışdı: yeni müdafiə paketi və Aİ-yə üzvlük müzakirə olunub
Baxçalı məşhur deputatı istefaya məcbur elədi - Ərdoğana meydan oxuma baha başa gəldi
Nigeriyada neft kəmərinə 4800-dən çox qanunsuz qoşulma aşkarlanıb: "Hər gün 13 milyon dollarlıq neft oğurlanır..."
İtaliyada xəstəxanada güclü yanğın: 4 nəfər ölüb
Türkiyə bu ölkə prezidentinin oğlunu axtarışa verdi - Səbəb (VİDEO)
Qəzzada ölənlərin sayı 18 minə çatıb - 50 minə yaxın isə yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramov Belçikaya işgüzar səfərə gedib
27 yaşlı şəxs xanına qıydı - Şəkidə
Gürcüstan Parlamentinin sədri Bakıya gəlib - FOTOLAR
Prezident İlham Əliyev Aleksandar Vuçiçlə görüşüb - FOTOLAR
Yusif Səmədoğlu adına nəsr yarışmasının qalibləri açıqlandı - Onlar kimdir? (FOTOLAR)
İlham Əliyev Bolqarıstan prezidentini Azərbaycana səfərə dəvət edib - Serbiyada görüş (FOTOLAR)
İlham Əliyev Serbiyada: Prezident Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışına qatılıb - FOTOLAR (Yenilənir)
Sabah hava necə olacaq? - Proqnoz
Ceyranbatanda mənzildə partlayış olub - Ev sahibi yaralanıb (FOTO)
Gəncədə toyda kütləvi dava: 3 nəfər bıçaqlanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Nazirlikdə korrupsiya: "Yoxlamalar zamanı 950 min manatı ona vermişəm..." - Generalla polkovnik məhkəmədə mübahisə etdi
İlham Əliyev Keniya prezidentinə məktub göndərib - MƏTN
SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir - CƏDVƏL
Azərbaycan BMT-nin nüfuzlu konfransına ev sahibliyi edəcək
GÜCLƏRİN CƏNUBİ QAFQAZDAKI SAVAŞI və ya QƏRBİN GİZLİ PLANI... - Əliyev erkən seçkiyə niyə qəfil qərar verdi?
Zakir Həsənov generalları topladı, tapşırıqlar verdi - Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
İqtisadiyyat naziri vəzifədən çıxarıldı, yeni təyinatlar oldu - Sərəncam (Yenilənib)
Sabah yağış yağacaq
Tovuz rayon sakinini qatar vurub
PREZİDENT BU SƏFİRLƏRİ GERİ ÇAĞIRDI - Yeni təyinatlar
MƏHƏRRƏM ƏLİYEV VƏZİFƏDƏN ÇIXARILDI: yeni təyinat - Sərəncam
Şəhid anasının hədə-qorxu ilə pulunu alan şəxs qandallandı - FOTO
Qaradağda dəmir yolu xəttindən 500 metr relsi sökən oğrular tutuldu
Azərbaycan nefti bahalaşdı
"MƏN HƏR HANSI RİSK GÖRMÜRƏM, OLA BİLƏR Kİ..." - Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsinin TAM MƏTNİ (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə kuboku: 5-ci turun püşkü atılıb - Qarşılaşmalar
"Qalatasaray" "Adana Dəmirspor"u devirdi - 3 qolla
Rəsmi Tehran: "Quterreşin çağırışına məhəl qoymamaq qlobal təhlükəsizliyin çökməsinə səbəb olacaq"
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqlədi - CƏDVƏL (Yenilənib)
Ombudsman Səbinə Əliyevaya ağır itki üz verib