İtaliya hökuməti Pərviz Şahbazovun məktubuna cavab verib
02-11-2020 [16:58]
Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanonun Ermənistanın törətdiyi təcavüzlə bağlı Azərbaycan Respublikası Energetika Nazirliyinin müraciətinə cavab məktubu daxil olub.
Mia.az mazirliyə istinadən xəbər verir ki, məktubda İtaliya Hökumətinin cari ilin 27 sentyabr tarixindən etibarən təmas xətti boyunca şiddətli toqquşmalar başlayandan bəri baş vermiş hadisələri narahatlıqla izlədiyi bildirilərək Azərbaycan ərazisində, xüsusilə Gəncədə yaşayış məntəqələrinə qarşı edilən hücumların, ballistik raket atəşlərinin kəskin şəkildə qınandığı və mülki şəxslərin həyatını itirməsi ilə bağlı başsağlığı verildiyi qeyd edilir.
Məktubda həmçinin status-kvonun davamlı ola bilməyəcəyi və həmsədrlərin danışıqları daha etibarlı şəkildə yenidən başlamalarına ehtiyacın olduğu, iki onillikdən çox müddət ərzində nəticəsiz danışıqların Azərbaycan tərəfini narahat etməsinin tam anlaşılan olduğu qeyd edilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müvafiq BMT və ATƏT sənədlərində və qərarlarında təsbit edildiyi kimi Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həllinin dəstəkləndiyi bildirilib.
Xatırladaq ki, Energetika naziri Pərviz Şahbazovun həmsədr olduğu Azərbaycan Respublikası ilə müvafiq ölkələr arasında hökumətlərarası komissiyaların qarşı tərəflərdən olan həmsədrləri Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərin həlak olması və yaralanması, həmçinin strateji əhəmiyyətli enerji infrastrukturu obyektlərinin hədəfə alınması barədə məlumatlandırılıb.
"Azərişıq"ın vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - Direktor TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqladı və...
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN