Özbəkistan səfiri: "Dinc sakinlərin öldürülməsi yolverilməzdir"

img

29-10-2020 [13:58]


“Azərbaycanın dinc şəhərlərinə Ermənistanın hücumları nəticəsində ölən dinc sakinlərin sayı 80-i keçib. Bu, yolverilməzdir”.

Bunu Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov Bərdədə jurnalistlərə bildirib.

“Hər şeyi öz gözümüzlə gördük. Burada gördüklərimdən, dinc sakinlərin, xüsusilə də uşaqların öldürülməsindən çox kədərlənmişəm. Üstəlik dinc əhalinin atəşə tutulması get-gedə yeni-yeni əraziləri əhatə etməsi ciddi narahatlıq doğurur”, – o, deyib.

Səfir Bərdənin raket atəşinə tutulması nəticəsində həlak olanların yaxınlarına başsağlığı verərək yaralananlara tezliklə şəfa tapmalarını arzulayıb.

Xatırladaq ki, əcnəbi diplomatik korpusunun nümayəndələri Bərdə şəhərinə raket hücumunun fəsadları ilə tanış olmaq üçün bu şəhərə səfər edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA