Türkiyə səfiri: "Azərbaycan torpaqlarını azad etmək üçün böyük bir Qurtuluş Savaşı aparır”

img

28-10-2020 [18:17]


“Qazi Mustafa Kamal Atatürkün liderliyi ilə Qurtuluş Savaşında qazandığımız böyük qələbəni taclandıran cümhuriyyətin 97-ci il dönümünü böyük bir coşğu ilə qeyd edirik. 100 il əvvəl Qurtuluş Savaşında Anadoluya ən böyük yardım qardaş Azərbaycandan gəlmişdi”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, bu gün də Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün böyük bir Qurtuluş Savaşı aparır.

“Dünyanın ən güclü ölkələrindən birinə çevrilən Türkiyə bu haqlı mübarizəsində can Azərbaycanın yanındadır. Hamımızın ürəyi Azərbaycanın torpaqlarını azad etməsi, qardaşlarımızın illər öncə tərk etmək məcburiyyətində qaldığı yurd-yuvalarına geri dönməsi üçün döyünür. Cümhuriyyəti bizə ərmağan edən Qazi Mustafa Kamal Atatürk və silahdaşları ilə Türkiyə və Azərbaycanın qurtuluşu, təhlükəsizliyi, rifahı və xoşbəxtliyi uğrunda həyatını fəda edən bütün şəhidlərimizi rəhmətlə anırıq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, - deyə səfir qeyd edib/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR