İslamiadanın qalibi: "Qubadlıya getməyi çox istəyirik"
27-10-2020 [15:20]
Xəbəri eşidəndə ailəlikcə çox sevindik. Atam da I Qarabağ müharibəsində iştirak edib, qazidir. Prezident İlham Əliyevin çıxışını gözləyirdik ki, Qubadlının işğaldan azad olunmasını açıqlasın".
Bu fikirləri Yunan-Roma güləşçisi İslam Abbasov Qubadlının erməni işğalından azad olunması barədə danışarkən deyib.
87 kq çəki dərəcəsində mübarizə aparan idmançı bildirib ki, həmin yerləri görməsə də, hər zaman Qubadlının həsrətində olub: "Oralara getməyi çox istəyirik. Sevincimizin həddi-hüdudi yox idi. Xəbəri ilk olaraq sosial şəbəkələrdə gördüm. Cənab Prezidentin "Twitter" hesabını izləyirdim. Ailəmizə mən xəbər etdim, hamı sevindi. Ordumuza və Ali Baş Komandanımıza minnətdarıq".
Bu il İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında bürünc medal qazanmış 24 yaşlı idmançı Qubadlıya gedəndə ilk olaraq qəbristanlığı ziyarət edəcəyini sözlərinə əlavə edib: "Orada tarixi abidələrimizi də ziyarət etməli, bacardığımız qədər restarvasiya etməli və əvvəlki vəziyyətə gətirməliyik. Sonra isə orada güləş məktəbi açmaq barədə fikirləşmək olar. İlk növbədə orada, tarixi yerlərdə bacardığımız qədər yenidənqurma işləri görülməlidir".
Abbasov Cənab Prezidentə və Azərbaycan Ordusuna daim minnətdar olacaqlarını vurğulayıb: "Bu qələbələrdə kimin zəhməti olubsa, hamısına minnətdaram. Bizim üçün tarixi andır. Azərbaycanın belə qələbələri olmayıb. Laçın, Kəlbəcər, Şuşa, Ağdam və Xankəndini tezliklə işğaldan azad edəcəyimizə inanıram. Cənab Prezidentdən xoş xəbərlər gözləyirik".
Güləşçi pandemiya səbəbindən açıq havada məşq etdiklərini xatırladıb, həmçinin əsas məqsədinin ilin sonundakı dünya çempionatında qızıl medal qazanmaq olduğunu söyləyib: "Mundialda çempion olmaq, medal qazanmaq, qələbəni də orduya həsr etməyi hədəfləyirəm. Çempion olum, qələbəmi əziyyət çəkən qardaşlarımıza həsr edim".
Qeyd edək ki, İslam Abbasov 2017-ci ildə Bakı keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. O, 2018-ci ildə 23 yaşadək güləşçilər arasında Avropa çempionu olub/Report.
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox
Müdafiə Nazirliyi açıqlama yayıb
NAXÇIVANLA BAĞLI QƏRAR TƏSDİQLƏNDİ - Ali Məclis və Nazirlər Kabinetinin səlahyyəti azaldı - Başqa hansı dəyişikliklər var?
Azərbaycan Gənclərinin XI Forumu keçirilir - FOTO
"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO
Məktəblər dezinfeksiya edilir ki? - Nazirliik eyni şirkətlə 5.6 milyonluq sövdələşmədə imzaladı
Milli Məclisin iclası başlayıb
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
“Ballı” Marketlər Şəbəkəsinin sahibini öldürmək istəyiblər
“Sirab”ın sahibi yeni şirkət yaradıb
Epşteyn qalmaqalı və kabus kimi suallar... - TƏHLİL
Prezident İlham Əliyev gənclərə müraciət ünvanlayıb - MƏTN
"Fənərbağça"nın hücumçu klubdan ayrılır?
Türkiyədə bələdiyyə sədri ölümdən son anda xilas oldu - VİDEO
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər" - VİDEO
Müxalifət Makrona qarşı "ayağa qalxdı" - Epşteynlə nə əlaqəsi var?
İlham Əliyev: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!"
ABŞ-da aksiya: onlarla nümayişçi həbs edilib
Suriyada İsrailin "çətir"i atında olan druzlarla hökumət qüvvələri üz-üzə gəlib - Döyüş davam edir