Məhkəmə sədri İman Nağıyev çaşqın durumda - Generalın bacısı oğlunun məhkəməsi

img

18-11-2013 [12:11]



Prezidentin mühafizə xidmətinin rəisi, general Bəylər Əyyubovun bacısı oğlu Osman İsayev və onun dostları Xətai rayon Məhkəməsinin sentyabrın 17-də çıxardığı hökmdən verdikləri şikayət Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevlə hakimi Əmir Bayramovu çətin vəziyyətdə qoyub.

 Xatırladaq ki, bu üzrə sabah növbəti məhkəmə prosesi keçirilməlidir.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, məhkəmə sədri İman Nağıyevlə hakim Əmir Bayramov Osman İsayevlə bağlı veriləcək qərarın özlərinə problem yarada biləcəyindən ehtiyatlanırlar: «Məhkəmə işinin uzadılması da belə düşünməyə əsas verir. Həm məhkəmə sədri, həm hakim Əmir Bayramov bütün hallarda bu işin səs-küysüz yekunlaşmasını istəyirlər. Lakin bunun yolunu tapmaqda çətinlik çəkirlər. Onlar düşünürlər ki, Osman İsayev dostlarını buraxarlarsa, bu, qarşı tərəfdən sərt etirazla qarşılana bilər. Yox, hökmü qüvvədə saxlayarlarsa, əyyubovlarla üz-üzə gələcəklərindən çəkinirlər. Hələ ki ortaq nöqtəni tapa bilməyiblər. Baxmayaraq ki, ortada konkret şikayətçi yoxdur. Yəni tutulanları buraxmaq söz-söhbət yaratmaz. Amma dediyim kimi, çəkinirlər. Elə buna görə oktyabrın 29-da keçirilən prosesdən sonra noyabrın 12- təyin olunmuş prosesi təxirə salıblar. Sabah, yəni noyabrın 19-na yeni məhkəmə saatı təyin ediblər. Həmin günü İman Nağıyevlə Əmir Bayramovun «ortaq qərarı»nın nədən ibarət olduğunu çox güman ki, görəcəyik».

 Onu da qeyd edək ki, Xətai rayon Məhkəməsinin hökmü ilə "OMİS” MTK-nın sədri Osman İsmayıl oğlu İsayev, onun əmisi oğlu Sultan Xalid oğlu İsayev, Amil Malik oğlu Şirəliyevin barəsində 2 il, Rauf Orxan oğlu Həsənlinin haqqında  isə 3,6 il həbs cəzası çıxarılıb.

 Məlumatda o da bildirilir ki, hal-hazırda tutulanlar haqda şikayətçi də yoxdur.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA