TƏBİB rəsmisi: “Koronavirusla bağlı vəziyyət hazırda kritikdir, ağırdır”
23-10-2020 [13:12]
“Koronavirusla bağlı vəziyyət hazırda kritikdir, ağırdır”.
Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib. Onun sözlərinə görə, ötən gün 800-dən çox yoluxma var idi, bu gün və ya sabah yoluxmanın nə qədər olacağı bəlli deyil, amma görünən odur ki, artan istiqamətdə davam edir: “Təbii ki, bu, bizi narahat edir. Biz ona görə hər zaman insanlara xəbərdarlıq edirdik ki, mövcud vəziyyət daha da ağır ola bilər. Amma daha diqqətli olmaq yerinə ciddi nizam-intizam yoxdur. İnsanların bu tələbləri yerinə yetirməyini sadəcə onların məsuliyyətinə buraxmaq olmaz, eyni zamanda bunun üçün ciddi nizam-intizam, nəzarət olmalıdır. Düşünürəm ki, mövcud vəziyyət belə davam edərsə, karantin rejiminin şərtləri də təkrar gözdən keçirilməlidir”.
V.Əliyev deyib ki, Azərbaycan hazırda müharibə vəziyyətindədir, hər kəsin diqqəti ön cəbhəyə yönəlib: “Təbii ki, bunlar anlaşılandır, ancaq indi arxa cəbhədəki koronavirusu unutmuşuq, buna adi düşmən kimi baxırıq, diqqətimiz əvvəlki qaydada deyil. Bu baxımdan kütləvi toplanmalar olur. Amma qapalı məkanlarda maska taxılmalıdır. Cəbhədən qələbə xəbərləri gələndən sonra bəzən insanlar bir yerə toplaşır, bu sevinc anlaşılandır, ancaq digər düşməni, koronavirusu bu vəziyyətdə unuduruq və öz ətrafımıza buraxırıq. Bu baxımdan tövsiyə edirəm ki, kütləvi toplanma qətiyyən olmamalıdır, yaxşı olar ki, qələbə xəbərlərini hələ ki, hamı öz evində qeyd eləsin”.
İşçi qrupunun rəhbəri qeyd edib ki, mülki insanların koronavirusa yoluxması eyni zamanda ölkə daxilində əsgər və zabitlərin də yoluxmasına səbəb ola bilər: “İnsanlar düşünməsinlər ki, ehtiyatsızlıq edərək təkcə özlərini riskə atırlar. Eyni zamanda əsgər və zabit heyətimizi, Ordumuzu da riskə atmış olurlar. İnsanlar indiki vəziyyətdə Ordumuzun da sağlamlığını düşünməlidilər. Bu vəziyyət həkimləri də riskə atır. Çünki bildiyiniz kimi, həkimlər mart ayından koronaviruslu xəstələri müalicə edirlər. Hazırda isə həkimlər yaralıların sağalması üçün də çalışırlar. İndiki halda xəstəxanalarda koronaviruslu xəstələrin artması həm çarpayı ehtiyatına problem yaradır, həm də bu cür risk altında həkimlər də xəstələnə bilər. Düşünün ki, bu vəziyyətdə həkim olmasa, hansı vəziyyət olar.
Ona görə də insanlar qaydalara əməl etməklə həm özlərini, həm həkimlərimizi, həm də Ordumuzu qorumuş olarlar. Hazırda cəbhədə yaralanan əsgərlərə baxan həkimlərin vaxtını əlavə olaraq koronaviruslu xəstələrə baxmaqla almaq olmaz. Bu, həkimlərin vaxtını, keyfiyyətini almaqla yanaşı, əlavə olaraq xəstəxanalarda çarpayı əskikliyinə səbəb ola bilər. Mövcud durum eyni zamanda dövlətin iqtisadiyyatına zərərdir, ölkə daxilində bütün insanların yoluxmasına səbəb olur. Bütün bunlar da nəticədə böyük problemlərə səbəb ola bilər”/APA.
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox
Müdafiə Nazirliyi açıqlama yayıb
NAXÇIVANLA BAĞLI QƏRAR TƏSDİQLƏNDİ - Ali Məclis və Nazirlər Kabinetinin səlahyyəti azaldı - Başqa hansı dəyişikliklər var?
Azərbaycan Gənclərinin XI Forumu keçirilir - FOTO
"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO
Məktəblər dezinfeksiya edilir ki? - Nazirliik eyni şirkətlə 5.6 milyonluq sövdələşmədə imzaladı
Milli Məclisin iclası başlayıb
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
“Ballı” Marketlər Şəbəkəsinin sahibini öldürmək istəyiblər
“Sirab”ın sahibi yeni şirkət yaradıb
Epşteyn qalmaqalı və kabus kimi suallar... - TƏHLİL
Prezident İlham Əliyev gənclərə müraciət ünvanlayıb - MƏTN
"Fənərbağça"nın hücumçu klubdan ayrılır?
Türkiyədə bələdiyyə sədri ölümdən son anda xilas oldu - VİDEO
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər" - VİDEO