Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi qaydası dəyişir

img

22-10-2020 [17:58]


Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi qaydası dəyişir.

Bu, Milli Məclisin oktyabrın 27-də keçiriləcək iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və  Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəsisələrində müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR